Yağışlı havada yüksək sürət: Sürücü ilə bağlı şirkətə xəbərdarlıq edilib
13:42 22.11.2019
Gündəm
555
Bakı Beynəlxalq Avtovağzalından Gəncə istiqamətində hərəkət edən sərnişin avtobusunun yağışlı yolda yüksək sürətlə hərəkət etməsi ilə bağlı Dövlət Avtomobil Nəqliyyat Xidməti daşıyıcı şirkətə xəbərdarlıq edib. Bu sözləri Axar.az-a sosial şəbəkələrdə sərnişin avtobusunun yağışlı yolda sürətlə sürməsinə münasibət bildirən Dövlət Avtomobil Nəqliyyat Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib. O bildirib ki, sürücünün yağışlı yolda seçdiyi sürət həddi qanun pozuntusudur:
“Sürücülər sahibkarlar, yəni daşıyıcı şirkət tərəfindən işə götürülürlər. Yolda sürət həddinin aşılması, nəqliyyat vasitəsinin sürətlə idarə olunması kimi məsələlər digər aidiyyəti qurumlar tərəfindən tənzimlənir. Bizim sürət həddinin aşılması səbəbindən sürücüyə hansısa cəza verilməsi və ya işdən çıxarılması ilə bağlı daşıyıcı şirkətə tapşırıq vermək kimi səlahiyyətimiz yoxdur. Biz hər zaman bildiririk ki, gecə reysləri də daxil olmaqla, bütün daşınmalar zamanı sürücü səhlənkarlığı ucbatından hər hansı hadisə olarsa, aidiyyəti qurumlar həmin sürücünün qanun qarşısında cavabdehliyini təşkil edəcəklər. Bizim qurum isə səhlənkar sürücüləri işə qəbul etməsi ilə bağlı daşıyıcı şirkətə qanun qarşısında tələb irəli sürəcək.
Təbii ki, sözügedən bu görüntüdən sonra biz daşıyıcıya müraciət etdik və bildirdik ki, sürücü ilə bağlı ciddi ölçü götürsünlər. Görüntüləri də sürücülərin cəzalandırılması üçün aidiyyəti quruma göndərdik. Bizim işimiz sərnişindaşıma xidmətinin təşkil olunmasıdır. Bu xidmətdə sürücünün yol verdiyi qüsur aidiyyəti qurum və daşıyıcı tərəfindən tənzimlənir”.
Qeyd edək ki, bu gün Bakı Beynəlxalq Avtovağzalından Gəncə şəhəri istiqamətində hərəkət edən 99 XX 858 dövlət nömrə nişanlı sərnişin avtobusunun yağışlı yolda 130-140 km/saat sürətlə hərəkət etməsi barədə görüntülər redaksiyamıza daxil olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan baytarlıq preparatları istehsal edəcək
17:52 25.05.2026
Aktual
Rus ordusu Dobropasovonu işğal etdi
17:42 25.05.2026
Dünya
Köçəryan Azərbaycanla bağlı “vəd” verdi
17:25 25.05.2026
Gündəm
Putin Azərbaycan Prezidentini təbrik edib
17:02 25.05.2026
Gündəm
İran nümayəndə heyəti Qətərdə səfərdədir
16:53 25.05.2026
Gündəm
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
16:51 25.05.2026
Media
Prezident: Mayda Bakıda belə yağışın yağmasını xatırlamıram
16:38 25.05.2026
Gündəm
85 min insan Qarabağa qayıtdı - RƏY
16:31 25.05.2026
Aktual
Gecə boyunca fasiləsiz yatmaq hər zaman “normal” olmayıb
16:18 25.05.2026
Sağlamlıq
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - YENİLƏNİB
16:09 25.05.2026
Gündəm
134 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradıldı
15:56 25.05.2026
Sosial
Rusiya ilə alınmasa, alternativ tapacağıq - Mirzoyan
15:38 25.05.2026
Dünya
Simonyan Paşinyanı narkoman adlandırdı
15:36 25.05.2026
Gündəm
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
15:32 25.05.2026
Gündəm
Dünya liderləri İlham Əliyevi təbrik edir
15:21 25.05.2026
Gündəm