
Yaxın Şərqdən Azərbaycanın ayaq səsləri eşidilir - ŞƏRH
Yusif Nəzərli
06:33 16.10.2025
Gündəm
456
Uğurumuzun əsası qarşılıqlı hörmət və etimaddadır
Bu siyasət regionun sərhədlərini aşaraq dünya xəritəsinin üzərində böyüyür
Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət beynəlxalq nizama, mürəkkəb kombinasiyalarla dolu regionlara işıq salır. Yürüdülən siyasətin uğuru ondadır ki, o, alternativ siyasət variantlarını düzgün müəyyənləşdirir. Bu gün dünya siyasətində nəinki ümumi konsensus yox səviyyəsindədir, hətta razılıq dedikdə nəyin nəzərdə tutulduğuna dair konkret yanaşma belə mövcud deyil. Məhz bu mürəkkəb situasiyada Azərbaycan dünya siyasətində özünə yer tapmaqdan, reallıqlarını qəbul etdirməkdən də bir addım önə gedərək digər regionların problemlərinin həllində yaxından iştirak edir.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a deyib ki, xarici siyasət məqsədyönlü davranışdır. Ekspertin sözlərinə görə, Azərbaycan artıq şərtlər müəyyən edən, onunla hesablaşmalı olunduğunu qəbul etdirən aktordur:

"Siyasət alətlərimiz, onların hansı məqsəd və hədəflərə fokuslandığı məlumdur. Boşluğa yer buraxmayan, hər bir suala cavab verməyi bacaran isə Azərbaycan Liderinin siyasi savadı qədər, həm də şəxsi keyfiyyətləridir. Məhz bu amildir ki, Azərbaycana hörməti formalaşdırır. Yaxın Şərq olduqca mürəkkəb region olsa da, çox bəsit suallarla hələ də üz-üzədir. Region milli kimlik və suverenlik, regional sistemin və nizamın qurulması arasında çırpınır. Bu regionda məkik diplomatiyasının toxunulmasına ciddi ehtiyac var. Məhz bu zərurət Azərbaycanın Yaxın Şərqdə daha aktiv iştirakına zəmin yaradır. Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Həmçinin təchizat marşrutlarının şaxələndirilməsində yaxından iştirak edir. Rolumuz və iştirakımız Azərbaycanın Türkiyə ərazisindən Suriyaya qaz nəql etməsindən sonra daha gücləndi. Məhz bundan sonra Azərbaycana olan etimad daha da artdı, onun yenidənqurma və bərpa təcrübəsindən daha yaxından maraqlanılmağa başlanıldı. Məhz bu kompleks amillər Azərbaycanın qlobal əhəmiyyətli məsələlərdə iştirakçı olmaqla kifayətlənməyib, proseslərə istiqamət verməsini təmin edir".
Ekspert vurğulayıb ki, Azərbaycan vaxtilə həqiqətlərinin dünyaya çatdırılması üçün çırpınırdı, bu gün isə ayaq səslərimiz gur şəkildə Yaxın Şərqdən eşidilir:
"Xarici siyasətimizdə Yaxın Şərq olmaqla yeni bir istiqamət formalaşır. Sonuncusu Qırmızı dənizin sahilində Misirin kurort şəhəri Şarm Əl-Şeyxdə Sülh Sammitində iştirakı olmaqla oktyabr ayı ərzində cənab Prezident İlham Əliyevin dörd fərqli coğrafiyada dördüncü sammitdə iştirakı deməkdir. Bu siyasət regionun sərhədlərini aşaraq miqyası böyük dünya xəritəsinin üzərində böyüyür. Bütövlükdə 1-2 oktyabr tarixlərində Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən Zirvə görüşü, 6-7 oktyabr Türk Dövlətləri Təşkilatının Qəbələdə baş tutan sammiti, ardınca 9-10 oktyabrda Müstəqil Dövlətlər Birliyinin Düşənbədə reallaşdırılan sammiti, ən son isə 12 oktyabr Şarm əl-Şeyxdə bütün dünyanın Yaxın Şərqdə sülhün bərqərar olunması üçün gözünü zillədiyi Sülh sammitində Azərbaycan Prezidentinin ən yüksək formada iştirakı, dövlət başçımızın vizyonuna, yanaşmasına olan maraq ondan xəbər verir ki, fərqli coğrafiyalarda, fərqli formatlarda iştirakımızla artıq dünya siyasətində boy göstəririk. İstər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə, istərsə də Fransa lideri Emmanuel Makronla baş tutan görüşlərdə qarşı tərəflərin marağının, təşəbbüskarlığının əyani şahidi oluruq. Azərbaycan Lideri elə bir sistem formalaşdırıb ki, Azərbaycanın iştirakı olmadan, sözümüz, mövqeyimiz, duruşumuz nəzərə alınmadan heç bir layihə reallaşdırıla bilməz. Bununla belə uğurumuzun əsası qarşılıqlı hörmət və etimaddadır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Yaxın Şərq kimi mürəkkəb regionda güclü aktora çevrilir, fərqli baxış bucaqlarında, ziddiyyətli maraqlar reallığında ABŞ, ərəb ölkələri, İsrail tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi