
Yer üzündəki suyun mənşəyinə dair yeni ipucları tapılıb
11:37 17.04.2025
Gündəm
541
İngiltərədəki Oksford Universiteti ilə ölkənin Milli Sinkrotron Elmi Mərkəzi tərəfindən aparılan araşdırmada, Yer kürəsindəki suyun mənşəyi ilə bağlı yeni ipucları ortaya çıxıb.
Sherg.az xəbər verir ki, indiyədək elm adamları, Yer üzündəki suyun, planetin formalaşmasından sonra su ehtiva edən göy cisimləri (məsələn, meteoritlər və quyruqlu ulduzlar) vasitəsilə gəldiyini düşünürdülər. Lakin yeni tapıntılar, suyun Yerin ilk quruluş mərhələsində, yəni təməlində mövcud olduğunu göstərir.
Araşdırma zamanı, Yerin ilkin yaranma dövründəki süxurlarla bənzər tərkibə sahib nadir meteoritlər, yəni "enstatit kondritləri (EC)" incələnib. İnkişaf etmiş rentgen analiz texnologiyası ilə aparılan tədqiqat nəticəsində, bu meteoritlərdə Yer okeanlarının yaranması üçün kifayət qədər hidrogen olduğu müəyyən olunub.
Oksford Universitetindən geoloq Dr. Ceyms Bryson bildirib:
“Artıq bilirik ki, planetimizi təşkil edən materiallar əvvəl düşündüyümüzdən daha çox hidrogen ehtiva edir. Bu isə suyun Yerə sonradan gəlmədiyini, təbii formalaşma prosesi ilə meydana gəldiyini göstərir.”

Tədqiqatçılar qeyd ediblər ki, hidrogen izləri, nümunələrin çirklənməmiş daxili hissələrində tapılıb. Bu da həmin elementin göy daşlarına sonradan əlavə olunmadığını, təbii olaraq içərisində mövcud olduğunu sübut edir.
Dr. Tomas Barrett isə araşdırma ilə bağlı bunlarıdeyib:
“Nümunələrdə hidrogen sulfid (H₂S) aşkar etdiyimiz zaman çox həyəcanlandıq. Bu, hidrogenin Yerə sonradan deyil, ilk formalaşmadan etibarən planetin strukturunda olduğunu göstərən mühüm sübutdur.”
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə
Avropa Azərbaycanın strateji roluna ehtiyac duyur - ŞƏRH
19:08 27.04.2026
Gündəm