Zakir Həsənovun Türkiyə səfəri - Nələr danışılacaq?
Yusif Nəzərli
14:11 25.07.2023
Gündəm
324
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə səfər edib.
Nazir İstanbulda keçiriləcək olan “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edəcək.
Z. Həsənov sərgidə nümayiş etdiriləcək müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.
Nazirin Türkiyə səfərini dəyərləndirən hərbi ekspert Elxan Şıxəliyev "Sherg.az"a açıqlamasında deyib ki, Həsənov və Gülər görüş zamanı iki ölkənin hava məkanının eyniləşdirilməsini müzakirə edəcəklər.
O əlavə edib ki, ümumiyyətlə nazirlərin sərgilərə heyətlərlə getməsinin səbəbi ölkələrin Müdafiə Sənaye şirkətlərinə və sonuncu istehsal oluna biləcək silah texnikasına, hava hücümundan müdafiə vasitələrinə baxışın keçrilməsidir:
"Biz bilirik ki, Türkiyə son zamanlar pilotsuz uçuş aparatlarının istehsalı üzrə tələb olunan ölkədir. Akınçı və Qızıl Alma pilotsuz uçuş aparatları uzun məsafəyə uça biləcək ağıllı təyyarə sisteminə keçiriləcək. Akınçıların ordumuzda mövcud olacağına dair məsləhətlər aparılmalıdır. Gələcəkdə heyətlərin yetişdirilməsi müzakirə edilməlidir. Türkiyənin Müdafiə Sənaye şirkətləri demək olar ki, silahlı qüvvələrdə mövcud olacaq bütün hərbi- texniki avadanlıqları istehsal edirlər. Bizdə də "Aselsan" şirkətinin xüsusən radiorabitə vasitələrinin, hərbi texniki avadanlığın mövcudluğu var. Kiber təhlükəsizlik konteksində mövcud ola biləcək informasiya texnologiyalarının təhlükəsizliyinin təmini üzrə Türkiyə ilə əməkdaşlığımız davam etdiriləcək. Bütün bu şirkətlər sərgidə təqdim olunanda bizim ehtiyaclarımız da dəyərləndiriləcək. Gələcəkdə Türkiyə hərbi-texniki avadanlıqlarını almağımız və qəbul etməyimiz üzərində məsləhətləşmələr olacaq. Əgər Türkiyə ordusunun mini modelinə keçiriksə, silahlı qüvvələrimizi qardaş ölkədə istehsal olunan avadanlıqlarla təmin etməliyik. NATO-nun standartlarına keçməliyiksə, bu, olmalıdır. Müdafiə nazirləri görüşəndə Təhlükəsizlik və müdafiə konsepsiyası, hava məkanının eyniləşdirilməsini müzakirə edəcək".
Ekspet onu da qeyd edib ki, yeni texnikaların alınması sərgi zamanı baş verir:
"Onlar sərgidə qiymətləndirilirlər. Sonra isə məsləhətləşmələr aparılır ki, bizim ehtiyaclara uyğundur, ya yox. Sırf sərgi zamanı müqavilələr bağlanır ki, gələcəkdə mövcud olacaq hərbi-texniki avadanlığın alınması və.s".
Şahanə Tağızadə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birlikdə idman edən cütlüklər daha xoşbəxtdirlər - Araşdırma
07:17 19.08.2026
Sağlamlıq
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol