Avropa İttifaqı Ukraynada Rusiyanın maraqlarını nəzərə alan sülhlə razılaşmır və Ukraynanı bundan sonra da istismar etmək niyyətindədir.
Sherg.az xəbər verir ki,bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarovanın sözlərinə görə, Brüssel Rusiyanın maraqlarını, rusdilli əhalinin və Ukraynadakı rus vətəndaşlarının qanuni hüquqlarını, mövcud ərazi reallıqlarını və xalqların öz müqəddəratını təyin etmə hüququnu nəzərə alan sülhə razı deyil.
“Onlar sözün əsl mənasında ən pis neokolonial ənənələrdə Ukraynanı istismar etməyə davam etmək, onu ölkəmizə qarşı qızışdırmaq və ümumilikdə aqressiv məqsədlər üçün istifadə etmək istəyirlər”, - deyə Zaxarova həftəlik brifinqdə bildirib.