Zelenski Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqların başa çatdığını açıqlayıb

“Ukrayna və ABŞ nümayəndə heyətləri bazar günü Floridada Rusiya ilə dörd illik müharibəyə son qoymağın yollarını tapmaq üçün danışıqların ikinci gününü başa vurdular”.

APA xəbər verir ki, bunu Ukrayna prezident Volodimir Zelenski xalqa müraciəti zamanı deyib.

"Aydındır ki, hazırda ABŞ tərəfinin diqqəti əsasən İran və daha geniş region ətrafındakı vəziyyətə yönəlib, lakin Rusiyanın Ukraynaya qarşı müharibəsinə də son qoyulmalıdır. Daha çox əsirlərin mübadiləsinin baş verə biləcəyinə dair əlamətlər var ki, bu, həqiqətən də çox yaxşı xəbər və diplomatiyanın işlədiyinin təsdiqi olardı. Ümid edirik ki, bu, nəticə verəcək", - Zelenski əlavə edib.

Zelenski danışıqların davam edib-etməyəcəyini, nə vaxt və harada, hansı formatda baş tuta biləcəyi haqda əlavə məlumat verməyib.