1-ci sinif şagirdi məktəbdə vəfat etdi

Abşeron rayonu Masazır qəsəbəsindəki məktəblərdən birində şagird vəfat edib.

Sherg.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, noyabrın 27-si Masazırdakı 1 N-li tam orta məktəbin qarşısında 1-ci sinif şagirdi, qəsəbə sakini 2018-ci il təvəllüdlü Emin Etibar oğlu Həmidovun qəflətən halı pisləşib.

Təcili tibbi yardım gələnədək azyaşlı vəfat edib.

Şagirdin qan azlığı və ürək problemlərindən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.