Bakı və Ankara 7 ay gözləyib qətiləşdirdi
Yusif Nəzərli
10:49 16.02.2022
Aktual
1464
Azərbaycanın suverenliyinə qarşı təhdid olarsa Şuşa Bəyannaməsi işə düşəcək
“Şuşa Bəyannaməsi suverenliyə qarşı təhdidləri aradan qaldırmaq üçün iki ölkənin bir-birinə tam dəstəyinə imkan verir”. Bu barədə “Şərq”ə açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, Azərbaycan Qarabağda suverenliyinə qarşı təhdidi aradan qaldırmaq üçün hərəkətə keçəcəyi təqdirdə Türkiyə təkcə siyasi yox, hərbi baxımdan da prosesdə aktiv iştirak edə bilər:
“Bəyannamənin imzalanmasından 7 ay sonra təsdiq edilməsi Ukrayna üzərindən başlanan geosiyasi qarşıdurma fonunda diqqət çəkir. Bakı iki cəbhə arasında qalmaq perspektivini anlayaraq, seçimini öncədən rəsmiləşdirdi. Hərçənd, prosedur olaraq bəyannamənin bir il ərzində təsdiqlənməsi gözlənilən idi.
Bakı və Ankaranın 7 ay gözləməsinin səbəbi başqa ola bilər. İstisna deyil ki, bəyannamədə hərbi istiqamətdə əməkdaşlıqla bağlı ictimaiyyətə açıqlanmayan məqamlar da olub. Bunun hərbi baza olması versiyası daha böyükdür. Ərdoğanın Şuşadan qayıtdıqdan sonra açıqladığı fikirlər tərəflərin bu məsələni Rusiya ilə razılaşdırmaq, eləcə də bəyannamənin üçüncü ölkəyə qarşı olmadığını izah etmək üzərində işlədiyini deməyə əsas verir. Sənəd rəsmiləşdi, lakin məsələnin razılaşdırılıb-razılaşdırılmadığı bəlli deyil”.
A.Nərimanlı vurğulayıb ki, sənədin rəsmiləşməsindən sonra Bakının Qarabağda ata biləcəyi addımlar maraqlıdır:
“Mümkündür ki, bir sıra istiqamətdə aktiv proseslərin şahidi ola bilərik. Qarabağdakı mövcud vəziyyət də bunu şərtləndirir. Hazırda separatçılar qondarma konstitusiya islahatlarına başlayıb və qondarma parlament və prezident seçkilərinə hazırlaşır. Qondarma seçkilər müharibədən sonra 2022-ci ilə qədər təxirə salınmışdı.
Həmin vaxt bunun Bakının tələbi ilə olduğu haqda da məlumatlar var idi. Lakin mövcud proseslər separatçıların “seçki planını” icra etmək niyyətində olduğunu göstərir. Bunun baş tutması separatçı-terrorçu rejimin “müstəqilliyini” nümayiş etdirmək, həm də müharibədən sonrakı reallığa qarşı “əzələ göstərmək” deməkdir. Bu senarinin “rus müəllifin” qələmindən çıxması da Azərbaycanın suverenliyinə qarşı təhdid perspektivini artırır.
Şuşa Bəyannaməsinin indi qüvvəyə minməsi hadisələrin inkişafını müəyyənləşdirməyə də hesablanmış ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Serbiya parlamentində ikinci gündür yeni sədr seçilə bilmir
23:32 18.11.2026
Dünya
İsrail Qəzzanın mərkəzində əməliyyata başladı
22:54 18.11.2026
Gündəm
Putinlə Trampın görüşü qısa olacaq - Kreml
22:18 18.11.2026
Dünya
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya