Tahir Kərimli AÇIQLADI:"Adamın adı və Moskva ünvanı da yazılıb" - VİDEO
Yusif Nəzərli
11:26 17.02.2022
Cəmiyyət
1234
Milli Məclisin deputatı Tahir Kərimli sosial şəbəkələrdə müzakirəyə səbəb olan videosu haqqında açıqlama verib.
Baku TV-yə danışan Tahir Kərimli bildirib ki, sosial şəbəkələrdən ona yaxın adamlar videonu silib.
“Amma artıq gec idi, yayılmışdı. Müəyyən saytlar və digərləri götürüb paylaşdılar. Mən istəməzdim. Düzünü deyim ki, telefonlara cavab vermirəm.
Sovet dövründə, müstəqillik uğrunda mübarizədə, onillər içərisində bizim həyat tərzimiz belə olub ki, daim təqiblər, hədələr şəraitində yaşamışıq. İsmayıllıdakı həyətimdə evdə qadınlar olmağına baxmayaraq, iki nəfər atəş açmışdı. Heç onları tapa bilmədilər, uzun müddət izi də qaldı. Mən öyrəşmişəm bu cür hədələrə. Baxmayaraq ki, ondan əvvəl daha böyük hadisələr baş verib, amma deyirlər ki, bir damla olur stəkanı daşıran.
Mən istəmədim ki, ailəm, uşağım bilsin. Bu, sosial şəbəkələr, telefon vasitəsilə olur, dözürsən.
Yaxşı ki, dünən oğlum məşqdən sonra icazə almışdı ki, dostumgildə qalacağam. Düzü, bunu ilk dəfə deyirəm, ailəm də bilmir, gələndə gördüm ki, qapının açar yerinə bükülmüş “zapiska” qoyulub. Düşündüm ki, bu, supulu, işıqpulu qəbzidir. Baxdım ki, burada kiril əlifbası ilə yazılıb ki, “səni udacaq əjdaha....” Adamın adı və Moskva ünvanı da yazılıb.
Mən axırıncı dəfə Milli Məclisdə çıxış edəndə məcbur oldum cərimələrlə bağlı, yol hərəkəti qaydaları, qida təhlükəsizliyi, qaz və digər məsələlər haqqında çıxış etdim. Onsuz da mənim ailəm həmişə narahatlıq içində yaşamağa öyrəşib”.
Deputat qeyd edib ki, insan bəzən həyatından bezir, ölüm istəyir:
“Ona görə mən təklikdə çıxış etdim. Amma sonradan bildilər. Evdə də narahat olurlar. Məni öldürməklə nə əldə edə biləcəksən? Televiziyadır, konkret deyə bilmərəm nə qədər belə misal var. Adam canından bezir, amma məni öldürməklə heç nə əldə olunmayacaq. Əqidə yolu ilə dövlətimin, millətimin gələcəyinə inandığımı dedim. Təbii ki, mən məlumat verdim müəyyən yerə ki, belə təhdid edirlər.
Ramiz Mehdiyevi tənqid etsəm, istefaya çağırsam da, etikanı pozmamışam. Mən ümumiyyətlə, onun tərəfdarı olmamışam ki, vəzifədə üzünə deyə bilmədiyimi çıxandan sonra səsləndirim. Ümumi vəziyyəti nəzərə alaraq çağırış etmişəm ki, belə daha yaxşı olar. Başqaları kimi aqressivlik nümayiş etdirməmişəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Qəzzanın mərkəzində əməliyyata başladı
22:54 18.11.2026
Gündəm
Putinlə Trampın görüşü qısa olacaq - Kreml
22:18 18.11.2026
Dünya
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial