General-leytenant: "Azərbaycan Rusiya silah sənayesindən asılılığı azaldıb"
Yusif Nəzərli
06:28 24.11.2022
Gündəm
432
"Azərbaycan keçmiş sovet ölkələrinin bir çoxunda ənənəvi hal almış Rusiya silah sənayesindən asılılığı azaldıb".
"Report" xəbər verir ki, bu barədə Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev bildirib.
Onun fikrincə, dronlar düşmənin kiçik və orta mənzilli hava hücumundan müdafiə sistemlərinin aşkara çıxarılıb məhv edilməsində mühüm rol oynayır.
General-leytenant söyləyib ki, silah arsenalının təkmilləşdirilməsi baxımından kifayət qədər diversifikasiya edən Azərbaycan İkinci Qarabağ müharibəsində İsrail istehsalı olan pilotsuz uçuş aparatlarını (PUA) da müvəffəqiyyətlə tətbiq edib.
"Düşmənə məxsus silah anbarlarının məhv edilməsi baxımından kamikadze dronu - "Harop" bu PUA-ların ən öncüllərindəndir. Xüsusən də, "S-300" raket sistemlərinin sıradan çıxarılmasında bu dronlar uğurla istifadə olunub. Müharibənin taleyinin Azərbaycanın lehinə dəyişməsində Türkiyə Müdafiə sənayesinin istehsalı olan "Bayraktar TB-2"nin də rolu danılmazdır. Müharibənin yalnız ilk iki həftəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusuna məxsus 60 HHM sistemini (əsasən, 9K33 OSA və 9K35 Strela) məhv etdi. Beləliklə, silah ticarətində diversifikasiya etməyi bacaran Azərbaycan keçmiş sovet ölkələrinin bir çoxunda ənənəvi hal almış Rusiya silah sənayesindən asılılığı azalda bildi", - H.Piriyev bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə