Taksi sürücüləri ilə bağlı narazılıqlar artır
Yusif Nəzərli
11:32 03.05.2023
Cəmiyyət
556
Konkret bir orqan bu sahəni nəzarətə götürməli və əsas öhdəliyi sürücülərin psixoloji yoxlamadan keçirilməsi olmalıdır
Son zamanlar taksi sürücülərinin qeyri-etik hərəkətləri ictimaiyyət arasında böyük narazılıqlara səbəb olub. Əsasən zərif nəslin nümayəndələri taksi sürücülərinin onlara əxlaqsız təklifləri barədə şikayətçidir. Hətta sürücülərin bəzən narkotik maddə aludəçisi olduğu da qeyd olunur.
Nəqliyyat eksperti Aslan Əsədov isə “Şərq”ə açıqlamasında deyib ki, Bakının nəqliyyat yükünün əsas hissəsi taksi xidmətinin çiyinlərindədir. Lakin bu sahədəki xoşagəlməz hadisələr insanlarda taksiyə inamsızlıq yaradır: “İctimai nəqliyyatın bir növü kimi həm sərnişinlərin təhlükəsizliyi, həm qəzalardan nisbətən sığortalanmaq, həm də kompensasiya ödəməkdən qurtulmaq üçün bu sahəyə nəzarət vacibdir. Dövlət orqanlarının resursları çərçivəsində taksi xidmətləri ilə bağlı müəyyən tənzimləmələr həyata keçirilməlidir. Ən azı yaşanan bu hadisələrlə bağlı ciddi ölçü götürülməlidir. Problemin həlli tək Dövlət Yol Polisi İdarəsinin işi deyil. Taksi şirkətlərini qeydə alan orqanlar da bu sahədə nəzarəti artırmalıdır. Taksi sürücüləri işə götürülən zaman onlarda psixoloji və tibbi heç bir yoxlama tələb olunmur. Sürücülüklə bağlı sənədlərdən əlavə məhkumluq haqqında arayış tələb olunur. Konkret bir orqan bu sahəni nəzarətə götürməli və əsas öhdəliyi sürücülərin psixoloji yoxlamadan keçirilməsi olmalıdır.
İşə götürülənlər “Nəqliyyat haqqında” qanuna və Nazirlər Kabinetinin 71 saylı qərarına əsasən, hər bir avtomobil reysdən qabaq texniki baxışdan, onun sürücüsü də tibbi baxışdan keçməlidir. Çox təəssüf ki, qanunvericiliyin həmin müddəası real icra olunmur. Səbəbi bu sahənin nəzarətsiz qalmasıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:28 10.11.2026
Ekologiya