
Pediatrdan MƏSLƏHƏT: "Yay aylarında..."
Yusif Nəzərli
12:13 13.07.2023
Sağlamlıq
759
Daha çox yerli məhsullara üstünlük vermək lazımdır Xarici ölkələrdən gətirilən meyvələr genetikamıza uyğun olmadığı üçün çox qəbul edilməsi məqsədəuyğun deyil 
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev nazirliyin rəsmi “İnstagram” səhifəsində canlı yayımda yay aylarında uşaqların qidalanması ilə bağlı danışıb. Onun sözlərinə görə, yay mövsümündə bəzi qidaların, xüsusilə də “fast food”, kremli qidalar, göbələk məhsullarının saxlanma şəraitinə ciddi fikir verilməlidir. Bu qidaları uşaqlara vermək olmaz: “Yay aylarında qidaların hansı şərait və qaydada saxlanmasına diqqət etmək lazımdır. Hər zaman bildiririk ki, artıq yemək qəbulu orqanizm üçün zərərlidir. Yay aylarında havaların isti keçməsi səbəbindən iştahsızlığın olması normaldır. Ona görə də yüngül həzm edilən qidalara üstünlük verilməlidir ki, bura qatıq, ayran, tərəvəz və züllallı qidalar daxildir. Yay mövsümündə çəki itkisinin olması da təbiidir. Patoloji çəki itkisi hər hansı xəstəliyin göstəricisi demək deyil. Bu, sadəcə mövsümlə əlaqəlidir. Uşaqlara əlavə iştah artırıcı və ya vitamin verməyə ehtiyac yoxdur”.

Mütəxəssis xatırladıb ki, körpələr ilk 6 ayında heç bir əlavə qida olmadan ana südü ilə qidalanmalıdır: “Bəzən valideynlər 6-7 aydan başlayaraq uşağına ət verməyə tələsirlər. Nəzərə almaq lazımdır ki, həmin dövrdə körpənin həzm sistemi buna imkan vermir. Uşağın inkişafının sürətli getdiyi dövrdə şirniyyatlardan istifadə edilməsin”.
Pediatr həmçinin təbii üsulla hazırlanan dondurmaların uşaqlar üçün zərərli olmadığını deyib: “Bəzən maye hissəsi çox olan dondurmanı buz kimi qəbul edirik. Buzlu dondurmalar isə boğaza zərər verərək öskürməyə səbəb ola bilər. Belə olanda bəzi bakteriyaların inkişaf etməsinə münbit şərait yaranmış olur. Avropa ölkələrində 2-3 yaşından dondurma yeməyə başlayırlar. Orqanizmin də buna qarşı immuniteti varsa, problem olmur. Ümumilikdə isə soyuq və qazlı su içkiləri uşaqlara qəti tövsiyə olunmur. Yay mövsümündə tərləmə çox olduğundan və su itkisi səbəbindən maye qəbulu məsləhətdir”.
Ə.Quliyev yerli meyvələrə üstünlük verməyi tövsiyə edib.
Həkimin sözlərinə görə, xarici ölkələrdən gətirilən meyvələr genetikamıza uyğun olmadığı üçün çox qəbul edilməsi məqsədəuyğun deyil: “Məsələn, avokado, manqo kimi meyvələr bizim genetikamıza uyğun deyil. Buna görə bu məhsullardan çox qəbul etmək tövsiyə edilmir. Daha çox yerli və mövsümi meyvələrə üstünlük vermək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya