Yatarkən sırğa, üzük və boyunbağı taxmaq zərərlidir!
Yatarkən sırğa, üzük və boyunbağı taxmaq zərərlidir!
Yusif Nəzərli
11:06 26.09.2023
Sağlamlıq
675
Bakteriyalar yuvasıdır…
Xanımların bir qismi yatarkən zinət əşyalarını – sırğa, üzük, boyunbağı və s. çıxarmır. Bəziləri buna lüzum görmür, bəziləri çıxarmağa tənbəllik edir. Nəinki gecə yatarkən zinət əşyalarından ayrılmayan, hətta barmağında üzük, biləyində bilərzik ev işləri görən xanımlar da var. Mütəxəssislərsə davamlı olaraq zinət əşyalarından ayrılmamağın mənfi tərəfləri və təhlükələri haqda xəbərdarlıq edir.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, üzüyü barmaqdan, sırğanı qulaqdan çıxarmamaq ciddi fəsadlara səbəb ola bilər. Gecə yuxusu zamanı bədən hərəkətsiz qaldığından barmaqlar, ayaqlarda az da olsa şişkinlik yaranır. Əgər üzüyünüz barmağınızda qalıbsa, sonra onu çıxarmaqda çətinliklə üzləşəcəksiniz. Üzüyü çıxarmaq üçün əlləri sabunla yumaq, üzüyü sabun köpüyünün köməyi ilə fırlatmaqla çıxarmaq lazım gələcək. Ya da barmağa bitki yağı sürtüb üzüyü çıxarmağa çalışmalısınız. Əlləri buzlu suya salmaq da şişkinliyin çəkilməsinə səbəb olur. Boyunbağını çıxarmadan yatmaq da təhlükəlidir. Boyunbağı saçlara, boynunuza dolanıb normal yuxunu poza bilər. Daşlı-qaşlı boyunbağı isə boyun və sinə dərinizi cızıb, sizi yaralaya bilər. Zinət əşyalarının hazırlandığı hər hansı metal dəridə allergik reaksiya da verə bilir. Yatarkən qulaqda qalan sırğalar da çox təhlükəlidir. Sırğalar qulaqları ağrıdıb, qulaq məməciyini şikəst edə bilər. Üstəlik, sırğalar uzun müddət qulaqda saxlandıqda ölmüş bakteriyalar orada toplanır, bu da qulağınızdan pis qoxu gəlməsinə səbəb olacaq. Xanımlar yadda saxlasın ki, uzun zaman çıxarılmayan zinət əşyaları bakteriyalar mənbəyidir. Dəridə mikroblar əmələ gətirəcək. Uzun müddət çıxarılmayan və təmizlənməyən zinət əşyaları zamanla qaralır, bu da zinət əşyalarını köhnəlmiş göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm