
Elektron siqaretin zərərləri - Professordan TÖVSİYƏ
07:52 04.11.2023
Cəmiyyət
1134
Xaricdən tərkibi xeyli şübhəli olan, keyfiyyət parametrləri aşağı olan siqaretlərin mayeləri gətirilir
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 941:2023 “Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər” dövlət standartını qəbul edib.
Dövlət Xidmətindən xəbər verir ki, dövlət standartı elektron siqaret məhsullarına, onlarda istifadə edilən maddələrə və komponentlərə şamil edilir və bir sıra təhlükəsizlik və keyfiyyət tələblərini özündə əks etdirir. Belə ki, standart elektron siqaretlər üçün mayeyə, elektron siqaret cihazlarına, elektron siqaret məhsullarında istifadə edilən batareyalara, xammala, qablaşdırmaya olan tələbləri müəyyənləşdirir. Sənəddə həmçinin elektron siqaret məhsullarının tərkibində olmamalı olan maddələrin siyahısı da yer alıb.
Standartı “Toxum və əkin materialları, tütün və tütün məmulatları, qeyri-ənənəvi yem bitkilərinin qida məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 27) təqdim edib, o, hazırlanarkən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə rəsmi qaydada razılaşdırılıb.
Məhsulun 18 yaşa çatmamış şəxslərə əvəzli və yaxud əvəzsiz verilməsi, həmçinin onu 18 yaşa çatmamış şəxslərin istifadə etməsi qadağandır.
Bir müddət öncə Dövlət Xidmətinə qutularının üzərində Azərbaycan dilində zəruri məlumatlar olmayan, eləcə də istehlakçının sağlamlığına zərərli təsirləri barədə Azərbaycan dilində müvafiq xəbərdarlıq yazısı olmayan birdəfəlik istifadə üçün elektron siqaretlərin idxalının və satışının həyata keçirildiyi barədə müraciət daxil olmuşdu. Müraciətdə qeyd olunan faktlar araşdırılaraq sözügedən məhsulların ölkə ərazisinə idxalını həyata keçirən 9 sahibkar müəyyənləşdirilib və həmin sahibkarlara satdıqları məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə məktublar ünvanlanmışdı. Nəticədə həmin sahibkarların idxal etdiyi 11 adda birdəfəlik istifadə üçün elektron siqaretin üzərində Azərbaycan dilində məlumatların yerləşdirilməsi təmin olunub.
Professor Adil Qeybulla isə qeyd edib ki, elektron siqaretlərin mayeləri adətən müxtəlif standartlara hesablanır. Təəssüflər olsun ki, bu gün üçüncü ölkələrdən tərkibi xeyli şübhəli olan, keyfiyyət parametrləri aşağı olan siqaretlərin mayeləri gətirilir. Bunların insan orqanizmi üçün nə qədər təhlükəli olduğunu deməkdə biz çətinlik çəkirik.
Professorun sözlərinə görə, bir çox hallarda əksi iddia edilsə də, elektron siqaretin zərərləri adi siqaretin zərərlərindən az deyil:

“Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, elektron siqaret insan orqanizmi üçün zərərsizdir. Yəni ciddi təhlükəsi yoxdur. Amma bir şeyi nəzərə almaq lazımdır ki, hər halda bunun tərkibinə diqqət etsək, bu barədə daha dəqiq söz deyə bilərik. Elektron siqaret siqareti xatırladan xüsusi elektron qabdır. İçərisinə maye tökmək, buxarlanmaq üçün qab olur, həmin qab elektron qızdırıcıya damcı şəklində tökülür və ordan buxar şəklində xaric olur. Sanki tüstü effektini verir. Bədənə daxil olan yanmış buxarın içərisində müxtəlif komponentlər var: qliserin, propilen-qlikol, nikotin, disillə suyu. Şəxs həmin tüstünü ciyərinə çəkərkən nikotinin effektini hiss edir, sanki sakitləşir. Elektron siqaret buna əsaslanıb ki, getdikcə isifadə olunan mayedə nikotinin miqdarı azalmalıdır, tədricən nikotinsiz maye qəbul edilməli və nikotindən asılılıq aradan qaldırılmalıdır. Bundan istifadə edib siqareti atanlar da var, ata bilməyənlər də var. Mən hesab edirəm ki, nə qədər nikotin varsa, təbii ki, zərər o qədər də qalır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou