Siqnal verildi: "Turan” ordusu qurulur
12:01 04.11.2023
Aktual
940
"Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur".
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.
Müharibələrin, qanlı münaqişələrin alovlandığını qeyd edən Prezident İlham Əliyev bildirib: “Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”.
Dövlətlərin III Dünya müharibəsinin astanasında olduğunu deyən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz "Sherg.az"a bildirib ki, beynəlxalq və regional risklər artıb:
"Bu yaxın zamanda olmasa belə gələcəkdə dünya müharibəsi ilə üz-üzəyik. Çünki dünyanı idarə edənlərin ağılları başlarında deyil. O günə hazırlaşmaq üçün isə müstəqil müdafiə sənayesin və ordu qurmaq lazımdır. Həmçinin ordunun koordinasiya üçün mexanizmin qurulması önəmlidir. Türkiyə və Azərbaycan Şuşa bəyannaməsi ilə bərabər dünyada heç bir iki ordunun çata bilməyəcəyi səviyyəyə çatdı. Bu əlaqələr müdafiə sənayesində də irəliləməkdədir".
Y.Karauzun sözlərinə görə, geriyə sadəcə digər türk dövlətləri ilə Azərbaycan və Türkiyənin çatdığı nöqtəni yuxarı daşımaq qalıb:
"Prezident İlham Əliyevin uzaqgörən şəkildə təhlükəsizlik məsələsinə diqqət çəkərək birlik və koordinasiya məsələsini gündəmə gətirməsi çox vacib məqamdır. TDT-nin bu məsələ ilə bağlı həyata keçirdiyi hazırlıqlar var. Həmçinin digər türk liderləri də yaxınlaşan təhlükənin fərqindədirlər. Bu mənada bir olmaq və kürək-kürəyə vermək istəyirlər. Düzdür "Turan ordusunun" bir anda NATO səviyyəsinə gəlməsi mümkün deyil. Amma meydana gələ biləcək risklərin fonunda sülh gücünün formalaşdırılması onsuz da əvvəlcədən düşünülür. Yəni TDT qarşıdakı dönəmə hazırlaşır. Əgər biz buna hazır olmasaq ağır bir tarixi məsuliyyəti üzərimizə götürərik. "Biz birlikdə güclüyük" şüarı altında bu işə daha çox önəm vermək lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial