Varlı, kasıb... -Üz cizgiləri bəlli edir
09:20 08.02.2024
Sosial
414
Alimlərin yeni tədqiqatı üz cizgilərinin insanın varlı və ya kasıb olmasını əks etdirməsiylə bağlıdır. Tədqiqatçılar hesab edir ki, üz cizgiləri sayəsində insanın hansı təbəqəyə mənsubluğunu müəyyənləşdirmək mümkündür.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, belə bir tədqiqata Şotlandiyanın Glasgov Universitetinin əməkdaşları imza atıb. Tədqiqatçılar insanın varlı və ya kasiıb olmasını bildirən üz cizgilərini müəyyən ediblər. Tədqiqatın nəticələrinə görə, yığcam üz quruluşuna və açıq rəngli dəriyə malik insanlar arasında zənginlər daha çoxdur. Həmçinin qaşların yuxarı qalxması, gözlərinsə bir-birinə yaxın yerləşməsi də zənginlik əlaməti sayılır. Bu tədqiqat barədə elmi jurnal “APA Journal of Experimental Psychology” məqalə yayımlanıb. Geniş və düz üz xətlərinə malik insanlar isə yoxsul olur. Soyuq dəri rəngi də yoxsulluq əlaməti hesab edilir. Tədqiqat zamanı dünyada varlı insanlar kimi tanınan Mark Zuckerberg və Jeff Bezosun üz cizgilərinə də istinad edilib. M.Zuckerberg dar üz quruluşuna, Bezos isə isti və canlı görünən dəri rənginə malikdir. Professor R.Thora Bjornsdottir isə tədqiqata qatılan insanların daha çox Qərb ölkələrinin sakinləri olduğuna diqqət çəkərək bu təcrübəyə əsaslanmağı doğru hesab etmir: “Bu cür tədqiqatlar insanları çaşdırır. Kimin üçünsə avantaj, başqa birisi üçün dezavantaj ola bilər. Yalnız bir coğrafiyanın insanları üzərində tədqiqat aparmaqla insanlar barədə rəy vermək düzgün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm