Türkmənistan Prezidenti dörd naziri dəyişib
05:07 10.02.2024
Gündəm
300
Nazirlər Kabinetinin 2023-cü ilin yekunlarına həsr olunmuş geniş iclasında Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov dörd naziri tutduqları vəzifədən azad edib.
“Report” xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.
Məlumata görə, Güvanç Orunov başqa işə keçməsi ilə əlaqədar tikinti və memarlıq naziri vəzifəsini boşaldıb, onun yerinə isə əvvəllər nazir müavini vəzifəsində çalışan Abdulla Gəldiyev təyin edilib. Çarıyar Çetiyev isə kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən nazir postuna yüksəlib. O, başqa işə keçmiş Nazarmırat Nazarmıradovu əvəzləyib.
Berdıməhəmmədov səhiyyə və tibb sənayesi naziri Atagəldi Germanovu da başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edib. Qurumda müalicə-profilaktika işinin təşkili üzrə nazir müavini vəzifəsində çalışan Mırat Məmmədov Səhiyyə Nazirliyinə yeni rəhbər təyin edilib.
Qurbangül Atayeva başqa işə keçməsi ilə əlaqədar təhsil naziri vəzifəsindən azad edilib. Qurumun başına əvvəllər Maqtımqulu adına Türkmən Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış Bayramgül Orazdurdıyeva keçib
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bayramda diqqətli olun - Qırmızı ət və desert...
05:25 26.05.2026
Sağlamlıq
Toral Bayramov “Qarabağ”dan getdi
04:00 26.05.2026
Futbol
İspaniyada daha bir nəfərdə hantavirus aşkarlanıb
03:33 26.05.2026
Dünya
Səhərlər gözdə problem insultdan xəbər verə bilər
02:54 26.05.2026
Sağlamlıq
Ondan sonra bir daha evlənməyi düşünmür
02:22 26.05.2026
Şou
Köçəryan Azərbaycanla bağlı "vəd" verdi
01:27 26.05.2026
Cənubi Qafqaz
Braziliya prezidenti radioterapiya kursuna başladı
01:05 26.05.2026
Dünya
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
00:43 26.05.2026
Region
İsrail ordusu Livana yenidən zərbə endirməyə başlayıb
00:22 26.05.2026
Dünya
İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi
23:40 25.05.2026
Region
Rumıniyanın Prezidenti İlham Əliyevi təbrik edib
23:05 25.05.2026
Rəsmi
Bolqarıstanda NATO-nun quru qoşunlarının təlimləri keçiriləcək
22:31 25.05.2026
Dünya
Keniya prezidenti İlham Əliyevi təbrik edib
22:00 25.05.2026
Rəsmi
Neftin qiyməti 94 dollardan aşağı düşüb
21:35 25.05.2026
İqtisadiyyat
Vanqa proqnozları: 2026-da Rusiyada liderlik dəyişikliyi...
20:31 25.05.2026
Gündəm