Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır

Pentaqon fəal şəkildə ABŞ Prezidenti Donald Trampın yeni əməliyyatın başlanmasına icazə verməsini gözləyərək qoşunlarını İran sərhədinə daha yaxın ərazilərəköçürür.

Teleqraf xəbər verir ki, bu barədə “Drop Site News” mənbələrə istinadla məlumat yayıb.

“ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək üçün hər şeyi qaydaya salır”, - adı açıqlanmayan amerikalı rəsmi bildirib.

O əlavə edib ki, Tramp İrana və “Ənsarallah” Hərəkatına (husilər) qarşı əməliyyatları artıq yeddi dəfə son anda ləğv edib.