Deputat bildirib ki, iqlim dəyişikliyi qida təhlükəsizliyini və əlçatan su tədarükünü təhlükə altına alır, iqtisadi itkilərə gətirib çıxarır:
Qlobal iqlim dəyişikliyi: Su tədarükü təhlükədə!
11:37 25.03.2024
Aktual
702
"Qlobal iqlim dəyişmələri bugünümüzün reallığıdır və onun ağır fəsadları artıq planetimizin çox yerində insanların həyatını təhdid edir".
"Sherg.az"ın xəbərinə görə, bunu millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, iqlim dəyişikliyi qida təhlükəsizliyini və əlçatan su tədarükünü təhlükə altına alır, iqtisadi itkilərə gətirib çıxarır: "Onun eyni zamanda, insanların yer-yurdlarından olması hallarını artıracağı da düşünülür. O cümlədən iqlim dəyişiklikləri Azərbaycanda da fəsadlarsız keçmir. Ölkəmizin şirin su ehtiyatları azalmaqdadır. O cümlədən Xəzər dənizinin səviyyəsinin sürətlə azalması bizi və Xəzəryanı ölkləri yeni problemlərlə üzləşdirir. Bu baxımdan iqlim dəyişiklikləri ilə bağlı məsələ heç də davam edən müharibələrdən az aktual məsələ deyil".
Parlament üzvü vurğulayıb ki, Azərbaycan qlobal iqlim dəyişikliklərə qarşı mübarizədə könüllü öhdəlik götürüb:
"2030-cu ilə qədər istehsal olunan elektrik enerjisinin 35 faizini, yəni 5 qiqavatı bərpa olunan enerji üzərinə keçirilməsi planlaşdırılıb. Bu ilin noyabrında Bakıda keçiriləcək COP 29 beynəlxalq konfransa da iqlim dəyikliklərinin müzakirəsinə dünyanın liderleri qoşulacaq. COP 29-un yüksək səviyyədə keçirilməsi iqlim dəyişikliklərinə qarşı mübarizədə həmrəyliyin əldə olunmasının nə qədər vacib olduğunu göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm