Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynanın liman infrastrukturuna və Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə istifadə olunan dəniz gəmilərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Sherg.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, zərbələr nəticəsində hərbi təyinatlı yükləri Odessa limanına daşıyan quru yük gəmisi dənizdə vurulub.