Ermənistan bu ilin yanvar-iyul aylarında Rusiyaya şokolad ixracını 1,6 dəfə artıraraq 7,1 milyon dollara çatdırıb.
Sherg.az xəbər verir ki, bu barədə BMT-nin Comtrade platformasının və milli statistika qurumlarının məlumatlarına istinadən RİA Novosti xəbər yayıb.
Məlumata görə, Rusiyaya ən çox şokolad tədarük edən ölkələr arasında Almaniya 111,7 milyon dollarla ilk yerdə qərarlaşıb. Belçika 48,3 milyon dollarla ikinci, İtaliya isə 31,5 milyon dollarla üçüncü olub.
İlk beşliyə, həmçinin Polşa və Türkiyə daxil olub. Qazaxıstan 19,3 milyon dollarlıq ixracla altıncı yerdə qərarlaşıb.
Ümumilikdə, Rusiya bu ilin ilk yeddi ayında 333 milyon dollardan çox dəyərində şokolad idxal edib.