"Made in Turan" Turanın iqtisadi gücüdür
"Made in Turan" Turanın iqtisadi gücüdür
12:16 23.05.2024
İqtisadiyyat
777
Mayın 2-3-də Bakıda “2024-cü il Türkdilli
Dövlətlərin İqtisadi Forumu”nda qoyulan əsas məsələ türkdilli ölkələrin brendlərini dünyada tanıtmaq idi. Bu barədə Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Camid Mövsümov media qurumlarına məlumat vermişdi (françayzinq bir tərəfin (françayzer) ödəniş əsasında digər tərəfə (françayzi) öz biznesinin idarə edilməsi hüququnun verilməsidir, bir növ icarə markanın icarəsi).
Daha sonra mayın 17-də Qazaxıstanda Azərbaycanın təşəbbüsü ilə türk dünyası markalarını birləşdirən “Made in Turan” brendi yaradıldi. “Made in Turan” markası Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin istehsal etdiyi məhsulların vahid markalaşmaya keçid etməsi deməkdir.
C. Mövsümov qeyd etmişdir ki, bu brendin yaradılmasında məqsəd türkdilli ölkələr arasında mövcud investisiya imkanlarının öyrənilməsi, brendlərin beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlər arasında kommersiya əlaqələrinin daha da inkişaf etdirilməsi və türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir.
Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin vahid markalaşmaya keçid etməsi bu ölkələrin istehsal etdikləri məhsul, göstərdikləri xidmətə qarşı marağı daha da artıracaq və nəticədə şirkətlər arasında kommersiya əlaqələrinin möhkəmləndirilməsinə, inkişaf etdirilməsinə gətirib çixaracaq. Bu brendin tətbiq olunması nəticəsində xüsusi güzəştlər əldə olunacaq və türk dövlətləri arasında ticarət dövriyyəsi xeyli artacaqdır.
Bildiyimiz kimi, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında bir çox siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq getdikcə daha da inkişaf etməldədir. Türk dünyası ölkələrinin qədim İpək Yolunun üzərində yerləşməsi ticarət dövriyyəsinı artmasına və türk dövlətlərinin regionda iqtisadi gücə çevrilməsinə şərait yaratmışdir.
Uzun illər fəaliyyət göstərən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi indiyə qədər gördüyü işlərdə türkdilli dövlətlər arasında inteqrasiyanın inkişaf etdirilməsinə, mədəni, tarixi, elmi, iqtisadi, hərbi və ticarət əlaqələrinin gücləndirilməsinə həmişə tərəfdar olmuş və təbliğ etmişdir. Düşünürəm ki şengen ölkələri arasında vahid pul məkanının olması kimi, türkdilli dövlətlər arasında da yaradılan bu vahid brend məsuliyyəti artıracaq, beynəlxaq rəqabət apara bilməsi üçün ölkələrdə istehsal olunan məhsulların keyfiyyətinin artırılmasına gətirib çıxaracaq. Biz bu təşəbbüsü Türk Dünyası Birliyinin möhkəmləndirilməsində müsbət bir addım kimi qiymətləndirir və dəstəkləyirik.
Turan dövlətlərinin adının hallandığı bu brend ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsimdə mühüm addımdir.
İlham İsmayılov ,
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm