
Ev tapşırıqlarının ləğvi: Yaxın zamanlarda bu sistemin tətbiqi mümkün görsənmir -RƏY
12:06 24.09.2024
Elm və Təhsil
716
“Finlandiya təhsil sisteminə görə dünyada öndə gedən ölkələrdən biridir. Orada şagirdlər ev tapşırığı yükündən azaddırlar. Çünki finlilərə görə öyrənmənin yeri məktəbdir. Şagirdlər evdə məşğul olmasalar da, yenə də dünyada ən yaxşı nəticələr göstərirlər. Fin təhsilinin tədrisi çox bəsitdir. Müəllimlər gün ərzində sinifdə ortalama dörd saat dərs keçirlər, ancaq bütün şagirdlər eyni dərəcədə bacarıqlıdırlar. Fikrimcə, Azərbaycanda da sözügedən təcrübədən istifadə olunmalıdır. Bu gün şagirdlər həddən çox ev tapşırığı ilə yüklənir. Bu, doğru deyil”.
Bu fikirləri Bakupost.az -a əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib.
Onun sözlərinə görə, bir sıra xarici ölkələrdə şagirdlərin dərs yükünün azaldılması məqsədi ilə ev tapşırıqları tamamilə ləğv edilib. Bəzi ölkələrin məktəblərində isə ev tapşırıqlarının həcmi minimuma endirilib. Biz də isə əksinədir:
“Şagirdlərin həddindən artıq ev tapşırığı ilə yüklənməsi onları çox yorur. Digər tərəfdən, ev tapşırıqları şagirdlərin yerinə yetirə biləcəyi səviyyədə müəyyənləşdirilməlidir. Bu tapşırıqların çətinlik səviyyəsi şagirdin yaşına görə müəyyən edilməlidir ki, onu yerinə yetirən zaman uşaq zehni və fiziki cəhətdən yorulmasın, onların mütaliyə və digər əlavə məşğuliyyətlərə vaxtları qalsın”.
Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a bildirib ki, Finlandiya və Avropanın bir çox ölkəsində eyni zamanda Amerikada da sinif tapşırıqları siniflərdə öyrədilir:

“Yəni şagirdlər evlərə tapşırıq götürmür və kitablarda məktəbdə qalır. Ancaq bunun üçün müvafiq infrastruktur lazımdır. Azərbaycanda da özəl liseylərdə bu ənənə illərdir ki, tətbiq edilir. Məsələ odur ki, birincisi şagirdlərin qidalanması məktəb tərəfindən olmalıdır. Dövlət məktəblərində isə bu imkansızdır. Çünki 3 min -4 min şagirdi olan məktəbdə günorta yeməyi vermək çətin məsələdir. Özəl liseylərdə isə dərs bitdikdən sonra tərbiyəçi müəllimlər tərəfindən tapşırıqların həllinə dəstək verilir. Bu da yemək yedikdən sonrak bir neçə saat ərzində baş tutur. Ümumiyyətlə özügedən qaydanın tətbiq edilməsi üçün məktəblər birnövbəli olmalıdır. Çünki ikinövbəli olduğu zaman problemlər yaranır. Bir sözlə bunun tətbiqi haırkı şəraitdə yalnız özəl məktəblərdə mümkündür. Yaxın zamanlarda bu sistemin tətbiqi mümkün görsənmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya
Bakıda "enerji həftəsi" keçiriləcək
18:18 24.04.2026
İqtisadiyyat
ABŞ belə NATO üzvünü təkbaşına çıxara bilməz - RƏY
17:49 24.04.2026
Siyasət