
Qazdan ölüm halları artıb: Təhlükəsizlik barədə tədbir görülmür?
Yusif Nəzərli
11:45 16.11.2024
Hadisə
613
Bakıda 3 nəfər qazdan zəhərlənib.
Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 23 yaşlı Qədimov Rauf Vəli oğlu, 21 yaşlı Minayətov Məmmədrəhim Ağasi oğlu və 20 yaşlı Səlimov Elmir Ümid oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər üçü Respublika Toksikologiya Mərkəzinə aparılsa da, R.Qədimov bir saat sonra orada ölüb.
Qeyd edək ki, R.Qədimov gənc şair idi.
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, son vaxtlar gənclərin, tələbələrin yaşadığı evlərdə bu cür faciələr baş verir:

“Tələbələr adətən ev kirayələyərkən minimum qiymətdə olmasına çalışırlar. Çünki kirayə xərclərini ödəmək, tələbənin qidalanması, yol xərcləri üst üstə pul tələb edir. Ona görə də ailə büdcəsinə uyğun qiymətə ev axtarmağa çalışırlar. Lakin bu vaxt təhlükəsizlik tədbirləri diqqətdən yayınır. Halbuki ən vacib məsələ evin təmirindən, əşyaların təzəliyindən çox təhlükəsiz vəziyyətdə olmasıdır. Qazla işləyən cihazlar təhlükəsiz vəziyyətdə olmalıdır. Ev kirayələyənlər bu hala da çox nadir hallarda diqqət edirlər. Bununla bağlı əlaqədar qurum baxış keçirəndə tədbir görüləcək deyə vəd verir. Ancaq sonra təhlükəsizlik barədə tədbir görülmür. Hamam otağının qapısında hava deşiklərinin və qaz cihazlarının standartlara uyğun olmaması məsələsi nəzərə alınmır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm