
Paşinyanın son qalası: Paris də qısa zamanda ermənilərə dəstək verə bilməyəcək
10:48 16.12.2024
Aktual
585
Ermənistan müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 16-sı Fransaya səfər edib.
Bu barədə “Armenpress” məlumat yayıb.
Qeyd edlib ki, səfər işgüzar xarakter daşıyır.
Siyasi şərhçi Həşim Səhrablı "Sherg.az"a bildirib ki, 2018-ci ildəki "məxməri" inqilabından sonra Ermənistanda rusmeyilli siyasi xətt öz yerini Qərb meyilli siyasi addımları ilə məşhurlaşan və bu istiqamətdə davam edən iqtidara verdi:

"Ermənistan siyasəti bu dövrdən Qərbə inteqrasiya kimliyinə büründü. 2020-ci ildə Qarabağdakı məğlubiyyətdən sonra Ermənistan tərəfi ancaq Rusiyanı və KTMT-ni ittiham etməyə başladı ki, "bizi qorumalı idiniz, qorumadız". Yəni öz işğalları, haqsızlıqları bir yanda qaldı. Çünki ermənilər yaxşı başa düşürdü ki, onlar heç bir halda öz gücləri ilə nə Azərbaycana, nə də digər ölkələrə qarşı hər hansı siyasi addımlarda uğurlu ola bilərlər. Ümumiyyətlə Ermənistan dövləti yarandığından bu günə qədər öz ayaqları üstündə durmağı deyil, kimlərinsə sayəsində nələrsə qazanmağı planlayır. Digər tərəfdən Paşinyan iqtidarı bilirdi ki, Rusiya kollektiv Qərblə münaqişəyə hazırlaşır. Bu münaqişə bir yerdən sonra Şərq-Qərb qarşıdurmasına çevrilə bilər. Belə olan halda Rusiya türklərin dəstəyinə ehtiyac duyacaq. Bu da Ermənistanın təklənməsi ilə nəticələnə bilər. Ona görə də Paşinyan dövləti Rusiya təsirindən çıxarıb Qərb təsirinə salmağa çalışır. Ermənistan hər nə qədər Qərbə güvənsə də, burdan İrəvan üçün heç bir ciddi dəstək gələ bilməzdi. Nəticədə 30 ilə yaxın işğalda saxladıqları bir bölgəni itirdilər. Bu gün də Paşinyan həmin siyasi məntiqin davamını həyata keçirməyə çalışır".
Şərhçinin sözlərinə görə, Rusiyanın Türkiyə və Azərbaycan ilə əlaqələri istəkdən çox məcburiyyətə çevrilib:
"Çünki Putin özünün düşdüyü həm Ukrayna bataqlığında, həm də Yaxın Şərqdəki çətin situasiyada bu ölkələrə çox ciddi ehtiyac duyur. Buna görə də onlar Rusiyadan havadarlıq ümidlərini kəsirlər. Paşinyan üçün isə geriyə sadəcə Qərb dairələri qalır. Böyük Britaniyanın Şərq siyasətinə baxdıqda görürük ki, Britaniya tərəfi ermənilərlə türklər arasındakı seçimdə üstünlüyü türklərə verirlər. Britaniyanın siyasi gedişlərinin milliyyətçi radikal dəyərlərdən daha çox ağla söykənən siyasi addımlar üzərində göz önünə gətirdikdə bunu başa düşmək asanlaşır. ABŞ-ın da bu gün müəyyən qədər problemləri var. Yaxın Şərqdə biz onun düşdüyü vəziyyəti və İsrailə dəstək verməsi ilə nə qədər ciddi problemlərlə üzləşdiyini bilirik. Dünyanın digər nöqtələrindəki maraqlarını müdafiə etmək ABŞ üçün həm məcburiyyət, həm də çox ciddi bir yük deməkdir. Belə olan halda Amerikada istər demokratlar, istərsə də respublikaçılar böyük türk kimliyinə qarşı ola bilməz".
Həşim Səhrablı deyib ki, Ermənistanın son dayaq nöqtəsi Fransa qalıb:
"Onlar tarixən ilkin addımlarında həmişə milli radikal müstəvidən çıxış edib. Yəni dünyaya "öz maraqlarını necə təmin edə bilərlər?", "necə daha faydalı çıxa bilərlər?" yox, "kim bizim düşmənimizdir?", "hansı xalqlar bizim dostumuzdur?" nöqtəsindən yanaşırlar. Fransa birmənalı olaraq Şərq və Cənubi Qafqaz siyasətində Ermənistanı müttəfiqinə çevirir. Ermənilər də bundan öz xeyirlərinə istifadə etməyə çalışırlar. Suren Papikyanın səfəri də bu məqsədlərə hesablanıb. Həm siyasi-diplomatik, həm də hərbi-texniki baxımdan dəstək almaq istəyirlər. Amma 30 il əvvəlki və günümüzün Fransası eyni müstəviyə qoyula bilməz. Bu dövlət artıq dünyadakı yerini tam itirməsə də, itirməkdədir. Rəsmi Paris Yaxın Şərqdə Rusiyaya tam mənada məğlub olmursa, bu, Kollektiv Qərb gücündən qaynaqlanır. Yəni Fransanın öz nailiyyəti deyil. Afrikada bir sıra dövlətlər var ki, onlar Fransa hərbi və iqtisadi müqavilələrə xitam veriblər, əməkdaşlıqları dayandırıblar. Bu təqdirdə Paşinyanın son qalasının - Parisin də qısa zamanda ermənilərə dəstək verə bilməməsi ilə qarşılacağıq. Bu halda isə ermənilər özləri də başa düşəcək ki, artıq oyunun sonudur. Eyni zamanda "dənizdən dənizə Ermənistan xülyaları suya düşüb. Onları dəstəkləyəcək real politik bir vəziyyət yoxdur. Nəticədə heç bir görüşün əhəmiyyəti qalmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət