Həkimlər isə toksik maddə çıxarılmazsa ölüm riski olduğunu bildirirlər
Uzun illər qollarına kimyəvi maddələr vurmuş “Rus Temel Reis” ləqəbli Kirill Tereşin, ağır infeksiya səbəbindən hər iki qolunu itirmək təhlükəsi ilə qarşı-qarşıyadır.
Sherg.az xəbər verir ki, 29 yaşlı Tereşin, petrol jeli tipli inyeksiyalarla qollarını süni şəkildə böyüdərək “Rus Temel Reis” ləqəbini qazanıb və dünya miqyasında tanınıb. Rusiya xəbərlərinə görə, illərlə qollarına kimyəvi maddə vurması nəticəsində ciddi toxuma çürüməsi yaranıb. Gəncin qolu yaxınlarda partlayıb, sosial mediada yayılan görüntülərdə dərin yaralar və çürümüş toxumalar açıq görünür.
Həkimlər qolun xilas edilməsi üçün bir neçə dəri köçürülməsi əməliyyatı lazım olduğunu bildirir, lakin əməliyyatlar infeksiya tamamilə təmizlənmədən həyata keçirilə bilməz. Tereşin əvvəllər etdiyi səhvi etiraf edərək “axmaq hərəkət etdim” deyib. Həkimlər isə toksik maddə çıxarılmazsa ölüm riski olduğunu vurğulayıb.