Ermənistanın yeni Konstitusiyası nə zaman hazır olacaq?

Yeni Konstitusiya üzərində iş gedir və 2026-cı il seçkilərinə qədər tamamlanmalıdır. Sənəd insan hüquqlarını, sosial-iqtisadi hüquqları, idarəçilik qaydalarını və dövlət orqanlarının rolunu tənzimləyəcək.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın ədliyyə naziri Srbui Qalyan deyib.

Onun sözlərinə görə, AB ilə yaxınlaşma çərçivəsində artıq 30-dan çox qanun layihəsi uyğunlaşdırılıb və bu proses davam edəcək.