
Azərbaycan Səudiyyə Ərəbistanıyla da münasibətləri genişləndirmək istəyir -ŞƏRH
13:35 26.02.2025
Siyasət
406
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud arasında geniş tərkibli görüş keçirilib.
Bu barədə Azərbaycan XİN paylaşım edib.
Görüşdə iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə regional və beynəlxalq qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq da görüşdə əsas müzakirə mövzusu olub.
Nazir Ceyhun Bayramov regionda münaqişədən sonrakı vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti, mövcud çağırışlar, o cümlədən Ermənistanın konstitusiyasında təsbit olunmuş ərazi iddialarının davam etdirilməsi barədə ətraflı məlumat verib.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a bildirib ki, son zamanlar bütün dünyada dövlətlər arasında münasibətlər ya pozulur, ya da yaxşılaşır:

“Yəni ənənəvi dövlət siyasətləri müəyyən qədər dəyişir. Azərbaycan da dünyada baş verən dəyişikliklərin fərqindədir və xarici siyasətini buna uyğun yenidən formalaşdırır. Yeniliyin əsasını isə Azərbaycanın bütün dünya dövlətləriylə bərabər hüquqlu əməkdaşlıq şəraitində yaşamaq niyyətidir. Bakı məhz bu prizmadan xarici siyasətini həyata keçirməyə çalışır. Azərbaycanın dünya siyasətinə baxışı daha da genişlənib. Azərbayanın əlaqələri artıq Cənubi Qafqaz, Mərkəzi Asiya və müəyyən Avropa ölkələri ilə sərhədlənmir, xarici siyasət xətti Çinə, Şimali Afrikaya, Cənubi Koreyaya və Yaxın Şərqin bütün dövlətlərinə qədər uzanır. Səudiyyə Ərəbistanı da həmin siyasi xəttin bir hissəsini təşkil edir. Azərbaycan Suriya, Çin, Cənubi Koreya ilə əlaqələr qurduğu kimi Səudiyyə Ərəbistanıyla da münasibətləri genişləndirmək istəyir. Ceyhun Bayramovun Səudiyyə Ərəbistanına səfəri bu siyasətin daha uğurlu olmasına fokuslanıb. Səudiyyə Ərəbistanı OPEC-in əsas ölkələrindən biridir. Azərbaycan da neft satan ölkə olaraq OPEC ilə əməkdaşlığı yüksək qiymətləndirir. Eyni zamanda enerji və neft-qaz ehtiyatlarına malik olan ölkələrlə əlaqələri inkişaf etdirməkdən yanadır. Sözügedən görüşdə də əsas müzakirə mövzusu bunlardan ibarət olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual