Zaporojye AES-də təhlükəli vəziyyət: ruslar bunu da etdi...
Yusif Nəzərli
17:48 26.03.2025
Dünya
392
Ruslar işğal altında olan Zaporojye AES-də dizel yanacağı rezervuarını zədələyiblər.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi X hesabında məlumat verib.
"Bizə Rusiyanın işğalı altındakı Zaporojye AES-də dizel yanacağı rezervuarının zədələnməsi ilə bağlı məlumat daxil olub. Sızan yanacaq stansiyanın fövqəladə generatorlarını 25 gün ərzində işlətmək üçün kifayət edərdi", – deyə Tixi bildirib.
Onun sözlərinə görə, bu insident Rusiyanın Ukraynanın lisenziyalı ekspertlərini qeyri-ixtisaslı müvəqqəti rusiyalı işçilərlə əvəz etməsinin birbaşa nəticəsidir:
"Ruslar stansiyanı təkcə işğal etməyiblər, həm də onun elementar təhlükəsizliyini təmin edə bilmirlər".
Tixi qeyd edib ki, Zaporojye AES-in Ukraynanın nəzarətinə qaytarılması vacibdir, çünki bu, gələcək insidentlərin qarşısını almağın yeganə yoludur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi