
Parlamentari: Sanksiyalar yumşalarsa, atəşkəs kimi məsələlər öz həllini tapa bilər
Yusif Nəzərli
07:47 27.03.2025
Dünya
457
"Rusiya prezidenti V.Putin kifayət qədər təcrübəli şəxs kimi ABŞ lideri D.Trampın Ukrayna ilə atəşkəs təklfinə "yox" deməyəcək". Ancaq Putinin "hə"si elə şərtlərlə müşahidə oluna bilər ki, həmin şərtlər Ukrayna üçün məqbul sayılmaz".
"Sherg.az"ın xəbərinə görə, bunu millət vəkili Rasim Musabəyov deyib.
Deputat bildirib ki, hər bir halda Tramp Ukrayna rəhbərliyi ilə aparılan danışıqlardan sonra demək olar ki, Kiyevdən vəkalətnaməni alıb:

"Nəticələri gözləmək lazımdır. Tramp ərazi məsələlərini gündəmə gətirir və Krımın "Rusiya ərazisi" kimi tanınmasından danışılır. Halbuki, bu, özü-özlüyündə beynəlxalq qanunlara ziddir. Bu məsələdə razılığı ancaq Ukrayna özü verə bilər. Beynəlxalq münasibətlərdə belə bir qayda var ki, bir məsələnin qanuni olması üçün hər iki tərəfin razılığı şərtdir. Ukrayna hansısa ərazilərin Rusiyanın nəzarətində qalmasına razılıq versə, o halda bu, ərazi itkisi sayılmayacaq. Ancaq Trampın Krımı Rusiya ərazisi kimi tanıması və istiqamətdə danışıqlar aparması beynəlxalq qanunların pozulmasıdır".
Parlament üzvü vurğulayıb ki, Rusiyanın müharibə dövründə ələ keçirdiyi ərazilərə nəzarəti saxlaması məsələsi nəzərdə tutula bilər:
"Bunun müqabilində isə Tramp Rusiyanın Zaporejye nüvə elektrik stansiyasından çəkilməsini tələb edə bilər. Bu, Avropada ən böyük nüvə elektrik stansiyasıdır. Olduqca riskli, təhlükəli obyektdir. Onu nəzarətsiz saxlamaq olmaz. Tramp təkid edir ki, bu stansiya Ukrayanya qaytarılsın. Ukraynanın energetikası elə gündədir ki, belə obyektlər ölkə üçün çox əhəmiyyətlidir. Rusiya da sanksiyaların azaldılmasını istəyir. Rusiya iqtisadiyyatı Qərbin sanksiyalarından boğulur. Beynəlxalq valyuta köçürmələri xeyli mürəkkəbləşib. Rusiya öz qızılını, brilyantını Hindistana, ərəb ölkələrinə belə sata bilmir. Sanksiyalar yumşalarsa, atəşkəs kimi məsələlər öz həllini tapa bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi