Pediatr rotavirusdan danışdı: Xüsusən uşaq kollektivlərində yoluxma sayı daha çox olur
10:34 02.04.2025
Sağlamlıq
580
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında səkkiz uşaq rotavirusa yoluxub.
Onlardan ikisi xəstəxanaya yerləşdirilib, altısının isə müalicəsi sığınacaqda davam etdirilir. Daha 24 uşağın virusa yoluxma riski olduğu bildirilir.
Məsələ ilə bağlı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Axar.az-a açıqlamasında bildirib ki, virus ürəkbulanma, qusma, yüksək temperaturla başlayır və bəzi uşaqlarda burun qanaxması, ishal kimi əlamətlərlə müşahidə olunur.
“Hazırda vəziyyətləri orta ağır dəyərləndirilir. İki uşaq xəstəxanaya yerləşdirilib, digər altı uşaq isə həkimlərin yazdığı müalicə əsasında sığınacaqda müalicə alır. Ümumi vəziyyətləri stabilləşməyə doğru gedir”, - o qeyd edib.
Pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında deyib ki, rotavirus yeni infeksiya deyil:
“İllərdir bu virus var və hər il rast gəlinir. Xüsusən uşaq kollektivlərində yoluxma sayı daha çox olur. Əsas əlamətləri yüksək qızdırma, davamlı qusma və qarında ağrılardır. Əsasən çirkli əllər və əşyalar vasitəsilə keçir. Uşaqların sıx təmasından da yoluxmaq mümkündür. Üç yaşa qədər uşaqlarda sadaladığım əlamətlər varsa, təcili həkimə müraciət olunmalıdır. Üç yaşdan yuxarı uşaqlar maye içə bilirsə, evdə müalicə etmək olar".
Ekspert əlavə edib ki, yoluxma zamanı uşaqlar çoxlu maye itirir və susuzlaşma baş verir:
"Bu sonra ciddi problemlər yarada bilir. Həmçinin üç yaşından yuxarı uşaqlar maye içə bilmirsə, onlar dərhal xəstəxanaya getməlidir. Çünki maye içə bilməyən uşaqlara sistem vasitəsilə dərman yeridilməli və xüsusi diqqət yetirilməlidir. Uşaqların əlləri tez tez yuyulmalıdır. Çirkli əşyalardan, çirkli qidalardan istifadə etmək qəti qadağandır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya