Cənubi Koreyada erkən səsvermənin ilk günündə rekord sayda seçici səs verib
Yusif Nəzərli
19:47 29.05.2025
Siyasət
444
Cənubi Koreyada iyunun 3-də keçiriləcək prezident seçkisi ilə əlaqədar ölkədaxili erkən səsvermənin ilk günü olan mayın 29-da rekord sayda seçici səs verib.
AZƏRTAC ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına istinadla xəbər verir ki, ölkə üzrə seçicilərin 19,58 faizi (8,69 milyon nəfər) erkən səsvermədə iştirak edib. Bu, Cənubi Koreyada erkən səsvermənin tətbiqinin başlamasından bəri (2014) rekord göstəricidir. Bundan əvvəl ən yüksək nəticə isə (17,57 faiz) 2022-ci ildəki prezident seçkisində qeydə alınıb.
Erkən səsverməyə maraq o qədər böyük olub ki, seçki məntəqələrində uzun növbələr yaranıb. MSK erkən səsvermə zamanı bəzi məntəqələrdə yaranan sıxlığa görə məsuliyyətini etiraf edib.
Erkən səsvermə mayın 29-30-da ölkə üzrə 3568 məntəqədə aparılır. Erkən səsvermədə prezidentliyə namizədlərin bir neçəsi, o cümlədən əsas müxalif qüvvə olan Demokratiya Partiyasının namizədi Li Ce Myun və hakim Xalqın Gücü Partiyasının namizədi Kim Mun Su da iştirak edib.
Qeyd edək ki, Cənubi Koreyanın sabiq dövlət başçısı Yon Sok Yolun impiçment yolu ilə vəzifədən uzaqlaşdırılmasından sonra iyunun 3-nə prezident seçkiləri təyin olunub. Ölkə tarixində 21-ci dəfə keçiriləcək prezident seçkilərində qalib olmaq üçün 6 nəfər mübarizə aparır. Onlar arasında Demokratiya Partiyasının namizədi Li Ce Myun və Xalqın Gücü Partiyasının namizədi Kim Mun Su daha şanslı hesab olunur. Son sorğulara əsasən, seçicilərin 49 faizi əsas müxalifətin, 37 faizi isə hakim partiyanın namizədini dəstəkləyir.
Ölkə üzrə 44,39 milyon vətəndaşın səsvermə hüquq var. Ən çox seçici Kyonqgi vilayətində (26,4 faiz) və paytaxt Seulda (18,7) qeydiyyatda olan vətəndaşlardır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm