
Ekspert: Erkən nikah və stereotiplər qızların təhsilinə mane olur
13:47 27.10.2025
Sosial
607
Rizvan Fikrətoğlu: “Bəzi ailələr hələ də qızların oxumasına önəm vermir”
Azərbaycanda qızların təhsildə iştirakı artsa da, yuxarı siniflərdə onların sayında azalma müşahidə olunur. Elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimatında bildirib ki, yüzlərlə gənc qıza təhsildə dəstək olmaq və qadınların təhsilinin önəmini bir daha vurğulamaq vacibdir. Nazir qeyd edib ki, qadınların və qızların təhsili sahəsində hələ də həllini tapmalı məsələlər var və bu yolda görüləcək işlər çoxdur. O, həmçinin vurğulayıb ki, dördüncü siniflərdə qızların göstəriciləri yüksək olsa da, sonrakı illərdə bu fərq məhdudiyyətlər və qadağalar səbəbindən azalır.
Təhsil eksperti Rizvan Fikrətoğlu Sherg.az-a açıqlamasında qızların yuxarı siniflərdə sayının azalmasının bir neçə sosial, mədəni və iqtisadi səbəblərdən qaynaqlandığını söyləyib:

"Elim və Təhsil naziri Emin Əmrullayevin də vurğuladığı kimi, bu azalma əsasən məhdudiyyətlər və qadağalardan irəli gəlir. Məsələn, erkən nikah və ailə təzyiqləri buna səbəb olur. Bəzi bölgələrdə ailələr qız uşaqlarını erkən yaşda nişanlayır və ya evləndirirlər. Bu zaman təhsil ikinci plana keçir və qızlar məktəbi yarımçıq qoymağa məcbur olurlar. Eyni zamanda, qızlardan ev işlərində və ailə qayğılarında daha çox iştirak gözlənilir. Bu onların dərsə davamiyyətini və motivasiyasını azaldır. Sterotiplər və köhnə düşüncə tərzi də rol oynayır. “Qız uşağı çox oxumasına ehtiyac yoxdur, onsuz da evdar olacaq” kimi yanlış inanclar hələ də bəzi ailələrdə hökm sürür və təhsilin davam etməsini əngəlləyir".
Ekspert iqtisadi çətinliklərin də bu məsələdə önəmli rol oynadığını bildirib:
"Ailələr maddi sıxıntı içində olduqda, bəzən oğlan uşaqlarının təhsilinə üstünlük verir, qızların təhsili isə xərclərə qənaət məqsədilə dayandırılır. Təhlükəsizlik və mühit faktorları da vacibdir. Uzaq məsafəli məktəblərə getmək, ictimai nəqliyyat və məktəb ətrafındakı təhlükəsizlik məsələləri valideynləri qızlarını məktəbə göndərməkdən çəkindirir.
Qız uşaqları ətraflarında təhsilli və uğurlu qadın nümunələri az gördükdə, təhsilin faydasına inanmaqda çətinlik çəkirlər. Bu azalma təkcə təhsil sistemi ilə bağlı deyil, həm də ictimai düşüncə, ailə münasibətləri və sosial-iqtisadi şəraitdən qaynaqlanır.
Problemin həlli üçün həm maarifləndirmə, həm də sosial dəstək proqramları çox vacibdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm