Ağdaşda itkin düşən yaşlı qadının meyiti tapıldı

Ağdaşda itkin düşən 66 yaşlı qadının meyti tapılıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, 9 may tarixində rayonun Ağcayazı kənd sakini Nazilə Əliabbas qızı Əkbərova yaşadığı evdən çıxaraq geri qayıtmamışdır.

Bu gün is FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları N.Ələkbərovamın meytini Yuxarı Şirvan kanalının Göyçay rayon Bığır kəndi ərazisindən keçən hissəsində tapıb.

N.Ələkbərovanın meyti kanaldan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma adavam edir.