Arı sancdı, 1 gün sonra həyatını itirdi

Türkiyənin Çorum vilayətinin Alaca rayonunda arının sancdığı 61 yaşlı Ünal Türk xəstəxanada müalicə aldığı vaxtdan bir gün sonra həyatını itirib.

Sherg.az xəbər verir ki, hadisə Perçəm kəndində baş verib.

Küçədə gedərkən boynundan arı sancan Ünal Türkün vəziyyəti pisləşib və yaxınları onu Alaca Dövlət Xəstəxanasına aparıb.

Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.