Agentliyin direktor müavini hədə-qorxu ilə pul tələb edib
14:18 18.07.2021
Hadisə
570
“Qaynarxətt.az” Media İnformasiya Agentliyinin direktor müavini vəzifəsində işləyən Amid Aslanlının qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna vətəndaş müraciətləri daxil olub.
Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Amid Aslanlı özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək iyunun 15-də “Dalğa” otelinin əməkdaşından 1000 manat məbləğində pul tələb edib ondan 130 manat məbləğində pul alıb, iyunun 17-də isə Sağlamlıq Mərkəzinin direktorundan hər ay üçün 2 min manat pul tələb edib, həmin pulu vermədikləri halda isə onlar haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib.
Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
Amid Aslanlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm