Ağrılı ana Ərdoğana səsləndi: Qatilin edamını tələb edir
09:50 26.05.2020
Hadisə
1160
Sevgilisi, milli boksçu Selim Ahmet Kemaloğlu (26) tərəfindən Muğlada öldürülən Zeynep Şenpınar (25) ata yurdu Kahramanmaraşın Pazarcık qəsəbəsində atasının yanında torpağa tapşırılıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, keçən il Muğlada Sosial Araşdırmalar Təhsil şöbəsini bitirən Zeynep Şenpınar iki gün öncə eyni evdə yaşayan Selim Ahmet Kemaloğlu tərəfindən bıçaqlanaraq öldürülüb.
Zeynep Şenpınarın Fransada olan əkizi Kamal ilə böyük qardaşı Salman Şenpınar koronavirus səbəbiylə dəfn mərasimində iştirak edə bilməyiblər.
Mərasimdə qızının tabutunu qucaqlayan Avruz Şenpınar, qatil Səlim Əhməd Kamaloğluna lənətlər yağdırıb.
Ağrılı ana, tabutda səssiz yatan qızına səslənərək, "Sənə qurban olum, Zeynep. Necə qıydılar sənə. Qatil, qızımı parçaladın. Bir dəfə vur, iki dəfə vur, üç dəfə vur. Sən necə onun hər tərəfini yaraladın"deyə fəryad qoparıb.
Cənazə mərasimi zamanı sosial məsafə unudulsa da, Avruz Şenpınar qızının qəbrindən güclə uzaqlaşdırılıb.
Mərasimə qatılan qadınlar cinayətlərin sona çatdırılmasını və qatilin edam edilməsini tələb etdiblər.
Avruz Şenpınar da qızının qatilinin edam edilməsini istəyib, "Mən edam olunmasını istəyirəm. Dünən axşam qızımla danışdım. Hər gecə görüntülü danışırdım. Elə hey “Ana, qorxma” deyirdi. Prezidentimə səslənirəm, bu adamın edam olunmasını istəyirəm".
Bu arada bildirilib ki, sevgilisi Zeynep Şenpınarı öldürdükdən sonra özünü bıçaqla yaralayan Selim Ahmet Kemaloğlu müalicəsini xəstəxanada davam etdirir.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi