
AİB sədri: Çipsidən zəhərlənmə hadisəsində informasiyanın yalan olduğunu deyəcəklər
12:09 10.06.2024
Hadisə
634
Azərbaycanda azyaşlı uşaq çipsdən zəhərlənərək ölüb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, hadisə Qobustanda baş verib.
Turqut adlı azyaşlının çipsdən zəhərlənərək öldüyü iddia olunur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Oxu.az-a bununla bağlı araşdırma başladıldığı bildirilib:
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, hansısa Azərbaycan həkiminin uşağın çipsdən zəhərləndiyini yazacağına inanmır:

“Yəni çipsidən zəhərlənmə hadisəsində informasiyanın yalan və səhv olduğunu deyəcəklər. Halbuki uşaq çipsidən zəhərlənib. Bütün Azərbaycan ƏMTƏƏ bazarına girən mallara Qida Təhlükəsizliyi Agentliyi sənəd verdi ki, hər bir şey yaxşıdır. Heç bir dövlət orqanının, o cümlədən də həkimlərin cəsarəti çatmır ki dövlət orqanının sənəd verdiyi bir şeyə mənfi rəy versinlər. Necə deyərlər 3 müşketyor qanun işləyir. Birimiz hamımız üçün, hamımız birimiz üçün. Mütləq Qida Təhlükəsizliyi Agentliyi məlumat verəcək ki, bu çipsidən deyil, başqa bir şeydən zəhərlənmə olub. Bunun nəticəsini belə gözləyirəm. Malların təhlükəsizliyinə sənəd verən orqan ilə insanların sağlamlığını qoruyan zəhərlənməni qeyd edən orqan ayrı olmalıdır. AQTA ilə hər ikisi birləşib. Ona görə də özü-özünü təkzib edə bilmir. Təssüf ki, ölkədə bu kimi mallar çoxdur. Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsinə baxsaq, orada malın keyfiyyətindən deyil, yalnız malın təhlükəsizliyindən söhbət getdiyini görərik. Əlbəttə keyfiyyətsiz çipsi də gətirilə bilər. Ümumiyyətlə valideynlər diqqətli olmalıdır. İnsanlar belə mallardan kənar durmalıdır. İnanmıram ki, bunun hüquqi nəticəsi ola. Hələ 27 ildə biz bir nəfərə də sənaye üsulu ilə hazırlanan mallara konpensasiya verilməsinə nail ola bilməmişik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Milli Məclisin iclası başlayıb
11:06 23.10.2026
Gündəm
Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb
11:01 23.10.2026
İqtisadiyyat
Azərbaycandan Gürcüstana pul köçürmələri 16% azalıb
10:57 23.10.2026
İqtisadiyyat
Azərbaycan UEFA reytinqində yerini qorudu
10:42 23.10.2026
Futbol
Robert Köçəryanın oğlunun həbs müddəti uzadıldı
10:31 23.10.2026
Region
Narkotiklərlə əlaqəli 13 fakt, silahla bağlı 6 fakt müəyyən edilib
10:12 23.10.2026
Hadisə
Yaponiyada Ukraynaya məxsus təyyarə eniş zamanı alışıb
09:35 23.10.2026
Hadisə
Ermənistan noyabrın 11-də KTMT-dən çıxarıla bilər
09:17 23.10.2026
Region
“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”
09:09 23.10.2026
Dünya
Firuzə İbadovanın xəstəliyi açıqlandı
09:03 23.10.2026
Cəmiyyət
Bakının bu yollarında sıxlıq var - SİYAHI
09:00 23.10.2026
İnfrastruktur
Kıvançın motosiklet həvəsi
08:48 23.10.2026
Şou
ABŞ-də Trampı təhdid edən qadın saxlanılıb
08:07 23.10.2026
Dünya
Sibel Canın sevgilisi həbs edildi!
06:00 23.10.2026
Şou
Tibo Kurtua azarkeşdən 16 il əvvəlki formasını satın aldı
05:25 23.10.2026
Futbol
Görmə qabiliyyətimizi məhv edən 3 vərdiş...
04:50 23.10.2026
Sağlamlıq