Almaniyada azərbaycanlıların olduğu məscidə hücum edildi
12:51 10.05.2020
Hadisə
724
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki məscidə hücum olub.
Bu barədə Report-a Kölndə yaşayan həmvətənlərimiz məlumat veriblər.
Onların sözlərinə görə, koronavirus səbəbi ilə uzun müdətdir ibadətə bağlı olan məscidlər mayın 9-da sübh namazı ilə yenidən fəaliyyətə başlayıb.
Köln şəhərində yerləşən və Türkiyə Diyanət İşləri Türk İslam Birliyinə aid məscidə sübh namazı üçün gələnlər içəri daxil olduqdan sonra kimliyi hələlik bilinməyən şəxs və ya şəxslər pəncərələri daşlayaraq şüşələri sındırıblar.
“Məscid Köln şəhərinin Xorvayler bölgəsində yerləşir. Kölndə azərbaycanlıların kütləvi toplaşdığı digər məscid də var. Sadəcə koronavirusa təhlükəsinə görə, sosial məsafənin qorunması məqsədi ilə camelərə çox sayda insanın girməsinə icazə verilmir. Buna görə ötən gün biz bu məscidə gəldik. Dəstəmaz alandan sonra sübh namazına başlayan kimi pəncərələrin şüşələri sındırıldı. Hamı cəld çölə qaçdı. Məlum oldu ki, kimlərsə məscidin pəncərələrini daşlayaraq qaçıb”, - deyə hadisənin şahidi olan həmvətənimiz bildirib.
Köln şəhər Polis Təşkilatından bildirilib ki, hücum edən şəxs və ya şəxslərin axtarışları davam etdirilir. Ətrafdakı müşahidə kameraları vasitəsi ilə onların qaçış trayektoriyası müəyyən olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi