Anasının döydüyü 16 yaşlı qız sosial reabilitasiya şöbəsinə yerləşdirilib
Yusif Sultanoğlu
08:14 02.12.2023
Hadisə
381
Sosial şəbəkədə 16 yaşlı qızın döyülərək evdən qovulması ilə bağlı xəbər yayılıb.
Bununla bağlı Sosial Xidmətlər Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən yeniyetmə Agentliyin müvafiq müəssisəsinin məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsinə yerləşdirilib.
"Onunla bağlı ilkin qiymətləndirmə aparılaraq, zəruri ilkin tibbi yardım həyata keçirilir. O müəssisədə reabilitasiya xidmətləri ilə əhatə olunacaq", - deyə cavabda qeyd edilib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı məlumatda qeyd edilmişdi ki, peşə məktəblərinin birində təhsil alan 2007-ci il təvəllüdlü şagirdin xəsarət alması barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub:
“Polis əməkdaşları tərəfindən araşdırma aparılan zaman məktəbliyə xəsarətin anası tərəfindən yetirildiyi müəyyən edilib. Xəsarətlə bağlı ekspertiza təyin edilib, təhqiqat araşdırmaları aparılır. Həmçinin, məsələ ilə bağlı rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına məlumat verilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
19:47 18.03.2026
Cəmiyyət
Zaxarova Paşinyanı Aİ ilə bağlı mövqeyinə görə tənqid edib
19:33 18.03.2026
Region
Dünyanın ən böyük qaz yatağına zərbələr qazın qiymətini yüksəltdi
19:13 18.03.2026
Dünya
Prezident Xocavəndin Xanoba kəndində olub - YENİLƏNİB
18:52 18.03.2026
Rəsmi
Vaşinqton “Tramp Marşrutu”nu gündəmdən çıxarır?
18:10 18.03.2026
Cənubi Qafqaz
Mixail Zabelin “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu
17:48 18.03.2026
Gündəm
Qazaxıstanda ailə məsələləri üzrə ombudsman institutu yaradılıb
17:32 18.03.2026
Dünya
Təqaüdçülərin sayı azalır, doğumlar kəskin düşür - AÇIQLAMA
17:20 18.03.2026
Sosial
İranlı qadın futbolçular Avstraliyadan ölkələrinə qayıdıblar
17:07 18.03.2026
Gündəm
Əli Laricani şənbə günü Məşhəddə dəfn ediləcək - YENİLƏNİB
16:44 18.03.2026
Gündəm
Dondurma arabası ilə tarix yazdılar: Avstraliyada “Çanaqqala ruhu”
16:22 18.03.2026
Gündəm
Vüqar Qurbanovdan sonra o da işdən çıxarıldı - FOTO
16:01 18.03.2026
Gündəm
ABŞ Prezidenti Donald Tramp İranı məhv etməklə hədələyib
15:52 18.03.2026
Gündəm