Avtoşluq edib sosial şəbəkədə paylaşdı: cəzalandı - Video
Avtoşluq edib sosial şəbəkədə paylaşdı: cəzalandı - Video
08:57 05.06.2024
Hadisə
315
Avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkədə paylaşan şəxs həbs edilib.
Daxili İşlər Nazirliyindən (DİN) Axar.az-a verilən məlumata görə, Bakı şəhər sakini Şəmsi Vəliyev idarə etdiyi VAZ-21074 markalı avtomobillə Xətai rayonu ərazisində hərəkətdə olarkən ictimai qaydanı nümayişkaranə şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq əməli törətdiyi və bu növ videoları sosial şəbəkələrdə paylaşaraq insanların haqlı narazılığına səbəb olduğu üçün Xətai rayon DYP şöbəsinin Yol-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Müvafiq sənədləşdirmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Vəliyevin əməlinə hüquqi qiymət verilərək o, inzibati qaydada həbs edilib.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə daha bir qayda pozuntusu daha aşkar edilib. Belə ki, Bakı şəhər sakini Kənan Yusubov VAZ markalı avtomobil üzərində qanunvericiliklə qadağan olunan konstruksiya dəyişikliyi apararaq onu bu vəziyyətdə idarə etdiyi üçün saxlanılıb, nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilməklə barəsində inzibati tənbeh tədbiri görülüb.
Bir daha sürücülərin diqqətini çatdırmaq istərdik ki, yol hərəkəti qaydalarını pozaraq özlərini və ətrafdakı insanların həyatını təhlükəyə atmasınlar, nəzərə alsınlar ki, bu növ qayda pozuntularının hər biri diqqət mərkəzində saxlanılır və qayda pozan hər bir şəxs aşkar edilərək barələrində qanunamüvafiq tədbirlər görülür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
11:10 27.08.2026
Dünya
"Sabah"ın Çempionlar Liqasından qazancı 20 milyon avronu keçdi
10:57 27.08.2026
Futbol
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
10:21 27.08.2026
Ekologiya
FHN-dən güclü külək və yağışla bağlı XƏBƏRDARLIQ
09:51 27.08.2026
Ekologiya
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
09:48 27.08.2026
Hadisə
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
09:39 27.08.2026
Cəmiyyət
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
09:37 27.08.2026
Elm və Təhsil
Nigar Fərhad saxlanılıb
09:26 27.08.2026
Hadisə
Köçəryan iki ay müddətinə həbs edilib
08:57 27.08.2026
Region
Britninin oğlu reklam siması oldu -FOTO
08:40 27.08.2026
Şou
Livan prezidenti strateji yüksəkliklərin orduya verilməsinə çalışır
08:08 27.08.2026
Dünya
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
07:37 27.08.2026
Sağlamlıq
Azərbaycanda bu ad cəmi 3 uşağa verildi
06:26 27.08.2026
Sosial
Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin
04:24 27.08.2026
Maraqlı
Bakıda böyüyən türk aktrisanın toyu oldu
03:51 27.08.2026
Şou