Azərbaycanda 53 nəfərin koronavirusa yoluxduğu küçədə polisə xəsarət yetirdilər - RƏSMİ
07:12 21.05.2020
Hadisə
715
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl koronavirusa yoluxma halları ilə əlaqədar Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçəyə giriş-çıxış məhdudlaşdırılıb.
"Sherg.az"ın məlumatına görə, həmin ərazidə yaşayan sakinlər tətbiq edilən karantin rejimi qaydalarına əməl etməyərək, etiraz aksiyası keçirməyə cəhd edərkən polis əməkdaşına xəsarət yetiriblər.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin məhəllə Daxili işlər Nazirliyinin polis əməkdaşları və DİN-in Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır:
“Bir müddət əvvəl həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tələbini pozaraq, etiraz aksiyası keçirməyə cəhd göstərib. Bu zaman ictimai asayişi kobud şəkildə pozularaq, orada olan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşına daşla xəsarət yetirilib.
Hazırda onun vəziyyəti qənaətbəxşdir. Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır”.
Qeyd edək ki, bir neçə gün əvvəl DİN-dən saytımıza bildirilmişdi ki, Yevlaxda 80 nəfər koronavirusa yoluxub. Onlardan 53 nəfəri “Qaraçılar məhəlləsi”nin sakinləridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi