Azyaşlı qız zorlandı: DİN məsələni araşdırmır? - AÇIQLAMA
10:26 02.08.2021
Hadisə
437
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bərdə şəhərində azyaşlı qızın zorlanması və işin polis əməkdaşları tərəfindən araşdırılmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Bərdə şəhərində azyaşlı qızın zorlanması və guya bu işin polis əməkdaşları tərəfindən araşdırılmaması ilə bağlı yayılan məlumatlar özündə həqiqəti əks etdirmir:
“İyunun 12-də Bərdə şəhər Cumalar kənd sakini Calal Baxtiyarov saat 19:54 radələrində Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək səhər saatlarında qızı 2006-cı il təvəllüdlü H.B-nın evdən çıxıb geri qayıtmaması və itkin düşməsi barədə məlumat verib.
Dərhal məlumatla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb və məlum olub ki, itkin düşmüş şəxs səhər saatlarında Bərdə şəhər avtovağzalına gələrək oradan Bərdə-Bakı marşrutu ilə hərəkət edən avtomobillərdən birinə sərnişin qismində əyləşib və paytaxt istiqamətinə gedib.
Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxs Bakı şəhərində tapılaraq iyunun 15-də ailəsinə təhvil verilib”.
Anar Qafarov qeyd edib ki, iyunun 16-da C.Baxtiyarov yenidən Bərdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək qızı H.B-nın 2020-ci ilin avqust ayında həmkəndlisi olan bir nəfər şəxs tərəfindən zorlandığını bildirib:
“Dərhal bu şikayət üzrə də Polis Şöbəsində araşdırmalar aparılıb və müvafiq ekspertizalar təyin edilib. Ekspertizanın rəyi əsasında həqiqətən də bakirəliyin pozulması müəyyən edildiyindən faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə şübhəli şəxs qismində Bərdə şəhər sakini olan həmin şəxs Y.B tutularaq istintaqa təqdim edilib. Onun barəsində Bərdə Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri istintaq araşdırmaları davam etdirilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz