Bakıda 15 manata görə bərbəri öldürən şəxsə hökm oxunub
Yusif Sultanoğlu
07:17 06.12.2023
Hadisə
525
Bakıda bərbərxanada 15 manata görə həmkarını qətlə yetirməkdə təqsirləndirilən İsmət Qədirova hökm oxunub.
“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökumə əsasən, İsmət Qədirov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror ötən prosesdə təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Hadisə 2022-ci il dekabrın 15-i günorta saatlarında paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində, çoxmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən kişi salonlarından birində qeydə alınıb.
Belə ki, salonda bərbər işləyən 28 yaşlı İlkin Qurbanov ağır bıçaq xəsarətləri alıb. Dərhal hadisə yerinə ərazi üzrə 19-cu polis şöbəsinin əməkdaşları gəliblər. Lakin artıq İlkin Qurbanovun öldüyünü görüblər.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkarı və həmyaşıdı İsmət Qədirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İlkin Qurbanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmin şəxslər arasında 15 manata görə mübahisələr olub.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm