Bakıda 15 yaşlı oğlan doqquz gündür itkin düşüb
14:11 16.07.2021
Hadisə
560
Paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsində 15 yaşlı Xəlilov Şərif Hikmət oğlu iyulun 7-də yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.
“Qafqazinfo”ya müraciət edən yeniyetmənin atası Hikmət Xəlilov bildirib ki, Şərif imtahanlar yaxınlaşan ərəfədə itkin düşüb: “Mən ona dedim ki, artıq hazırlığa getməlisən. Müəllimlə də danışmışam. O da razılaşdı. Heç bir problem olmadığını bildirdi. Dostlarından da soruşmuşuq, onların da Şərifdən xəbərləri yoxdur.
Axtarış zamanı kamera görüntüləri vasitəsilə onun Qobustan qəsəbəsinə getdiyini öyrəndik. Orada bir nəfərlə də görüşüb, həmin adamı tapıb danışdıq. O dedi ki, Şərif məscidin yolunu soruşub. Məscidə gedəndə kameraya baxmağa icazə vermədilər. Bizə də dedilər ki, bura elə bir şəxs gəlməyib. Bununla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişik. Heç bir xəbər yoxdur”.
Hikmət Xəlilov oğlunun heç bir psixoloji problemi və ya ailədaxili gərginliyinin olmadığını bildirib.
Xatırladaq ki, Şərif evdən çıxarkən əynində mavi rəngli köynək, qara şalvar və ağ rəngli idman ayaqqabısı olub. Uşağı görənlərdən (+994) 55 660 72 00 nömrəsi vasitəsi ilə atasına məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya