Bakıda kirayədə qalan gənc qız dəm qazından boğularaq öldü

Bakıda bədbəxt hadisə baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.

Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbə sakini, 2007-ci il təvəllüdlü Leyli Məmmədova yaşadığı evin vanna otağında dəm qazından boğularaq dünyasını dəyişib.

Məlumata görə, mərhum həmin evdə kirayə qalırmış.

Faktla bağlı araşdırma aparılır.