Bakıda marketə silahlı basqın: İki yaralı, bir ölü -YENİLƏNİR+VİDEO
Yusif Nəzərli
09:53 04.03.2023
Hadisə
1176
Bakıda marketdə silahlı basqınla əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.
Bir nəfər hadisə yerində dünyasını dəyişib.
13:25
Bakıda Əhmədlidəki hipermarketdə atışma nəticəsində ölən şəxsin adı məlum olub.
APA xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Ölən şəxs Həsənov Rüfət Rahib oğludur. O başından güllələnib.
13:13
Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədirlər.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
13:05
Bakının Xətai rayonunda marketdə baş vermiş silahlı basqının ilkin təfərrüatı bilinib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə atışma zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.
Ölən inkasatorun sürücüsüdür. Basqını törədən şəxslərin silahlı olduqları və hələ də ərazidə olduqları ehtimal edilir. Buna görə də, həmin ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.
İnsanların həmin əraziyə yaxınlaşmaması tövsiyə edilir.
12:53
Daxili İşlər Nazirliyi (DİN) Bakıda marketlərdən birində silahlı qarşıdruma ilə bağlı məlumat yaydı.
DİN-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.
Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.
Əlavə məlumat veriləcəkdir.
12:49
Bakıda marketlərin birində silahlı atışma olub.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
İlkin məlumata görə, hücum inkasator maşınına edilib.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol