Bakıda maşın 2 piyadanı vurdu, biri öldü

Xocəsəndə avtomobil iki piyadanı vurub.

Axar.az xəbər verir ki, Şamo Məmmədov idarə etdiyi "Hunday Sonata" markalı avtomobillə piyadalar - Yadulla Zeynallı və Elxan Mirzəyevi vurub.

Hər iki piyada xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Yadulla Zeynallı ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb..