Bakıda neft məhsullarının qanunsuz satışının qarşısı alındı - FOTO/VİDEO
Yusif Nəzərli
09:42 04.03.2023
Hadisə
338
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinintəmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində Qasımov Akif Babaş oğlu və Zərbəliyev Sənan Əhmədşah oğlu tərəfindən yanğın təhlükəsizliyi qaydaları pozulmaqla ayrı-ayrı ünvanlarda şəxsi avtomobillərində daşına bilən qablarda qanunsuz neft məhsullarının satışının həyata keçirilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən operativ tədbirlər həyata keçirilib.
Belə ki, keçirilmiş tədbirlər zamanı həqiqətən də vətəndaşlar A.Qasımov və S.Zərbəliyev tərəfindən yanğın təhlükəsizliyi tələblərinə zidd olaraq neft məhsullarının kustar üsulla plastik qablara doldurularaq qanunsuz satışının həyata keçirilməsi faktı öz təsdiqini tapıb.
Aşkar olunan faktın insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, FHN əməkdaşları tərəfindən yanacaq satışının qarşısı dərhal alınıb və tərtib olunmuş akt hər iki vətəndaşa təqdim edilib. Bununla yanaşı, yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlarla profilaktik söhbət aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol