Bakıda yol çökdü: “Azərsu” ASC hərəkətə keçdi
07:14 09.04.2021
Hadisə
634
Bakının Nizami rayonunda yol çöküb.
"Sherg.az" Oxu.Az-a istinadən xəbər verir ki, söhbət Kamil Balakişiyev və Əlif Hacıyev küçələrinin kəsişməsindən gedir.
Belə ki, sözügedən ünvanda istismar müddətini başa vurmuş kollektor yolun çökməsinə səbəb olub.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.
Onun sözlərinə görə, hazırda “Bakı Sukanal” İdarəsinin əməkdaşları həmin əraziyə ezam olunublar:
“Qeyd edilən ərazidən 1 200 millimetrlik 8-ci km kollektoru keçir. Köhnə tikilmiş kollektorun borusunda çökmə baş verib. Bu səbəbdən də borunun 10-12 metrlik hissəsinin dəyişdirilməsinə ehtiyac yaranıb. Məsələ ilə bağlı daxil olan məlumat əsasında əraziyə ezam edilən əməkdaşlar tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Ərazi çəpərlənib. Hazırda “Bakı Sukanal” İdarəsi nin əməkdaşları ərazidə qəzanın yaratdığı fəsadların aradan qaldırılması üçün təmir işlərinə başlayıblar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm